Azərbaycanda təyyarəni restoran edirlər - FOTO
Bizi izləyin

Bilgi.az

Azərbaycanda təyyarəni restoran edirlər - FOTO

Azərbaycanda təyyarəni restoran edirlər

Azərbaycanda istismardan çıxarılmış təyyarədən istirahət obyekti kimi istifadə ediləcək.

Publika.az-ın məlumatına görə, Quba rayonunda “AZAL”a məxsus olmuş “Tu” markalı təyyarə dağ yamacında yerləşdirilib.

Təyyarənin salon hissəsindən restoran və ya otel kimi istifadə ediləcəyi gözlənilir.

“Şəki” adlı təyyarənin salon hissəsi hörülmüş dirəklər zərində yerləşdirilib.

Qeyd edək ki, Tu markalı təyyarələrin istismarı artıq məhdudlaşdırılıb.

Fotonu sosial şəbəkədə jurnalist İlkin İzzət paylaşıb.

Elturan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm