Toydan yayınmaq üçün insanlar nəyə qadirdir?
Bizi izləyin

Bilgi.az

Toydan yayınmaq üçün insanlar nəyə qadirdir?

Toy günü təyin edilib, dəvətnamələr paylanıb. Deməli, geriyə yol yoxdur.

Amma qəfildən bəy, ya gəlin və ya onların hər ikisi həyatının ən böyük səhvini etdiyini anlayıbsa?...

Bəzən gözlənilən toyu ləğv etmək üçün insanlar həqiqəti söyləmək əvəzinə ən ağlasığmaz hərəkətlərə əl atmalı olurlar. Bəzənsə...

Publika.az toydan yayınmaqla bağlı ən dəlisov hadisələri təqdim edir.

Ər qəsdən gəlini başqa adla çağırır

Çində Çjao Ley adlı bəy onun gözlərinə zillənmiş və təmtəraqlı anı gözləyən gəlinə deyib: "Syao Lin, sən mənim arvadım olmağa razısanmı?" Bu çox romantik səslənərdi, əgər qızın adı həqiqətən də Syao Lin olsaydı...
Syao Lin çinli bəyin keçmiş sevgilisi olub. Bəyin evlənməli olduğu qız isə Çjao Tin olub. Baş tutmayan toy məclisində gəlin bəyə sillə vuraraq nişan üzüyün yerə atıb və məclisi tərk edib. Onlar rəsmən ər-arvad hesab edildiklərindən yaşanmış insidentdən sonra Çjao Tin boşanma ərizəsi verib.

Gəlin toy günü ərini qətlə yetirir

2012-ci il avqust 11-də Na Kol Franklinin həyatında önəmli bir gün olmalı idi. Toyuna hazırlaşan qızın taleyi həmin gün tamamilə dəyişdi. Artıq bir neçə ümumi övlada sahib olan Billi Rafael Brüster və Na Kol Franklin nişanlı idilər və toya hazırlaşırdılar. Toydan bir neçə gün əvvəl cütlük boş bir şeyin üstündə mübahisə etdi. Xəbər verildiyi kimi, Na Kola əsəbi günlər keçirərək bir neçə gecə yatmadı. O, adi bir mübahisə zamanı gələcək ərini uşaqlarının gözləri qarşısında qayçı ilə qətlə yetirdi. Başqa şəhərdən toya gələn qonaqlar birbaşa dəfn mərasiminə yollandılar. Na Kol Franklin ömürlük azadlıqdan məhrum edilib.

Ər mehmanxananı yandırdı

2009-cu ildə Yaponiya sakini Tasuxiko Kavata evliliyinin 15-ci ildönümünü qeyd edəcəkdi. Lakin 3 il idi ki, o başqa bir qadınla da görüşürdü və artıq qıza evlilik təklif etməyi qərara almışdı. Tasuxiko heç nədən şübhələnməyən qızla 2009-cu ilin oktyabrında evlənməliydi. Toy "Risonare Hotel"də baş tutacaqdı. Kavata nə əvvəlki arvadından boşanmaq, nə də təzə gəlinə evli olduğunu etiraf etmək istəyib. Amma görünür, son anda fikrindən daşınıb. Nikah mərasimini ləğv etmək əvəzinə, o, toy məclisinin keçiriləcəyi mehmanxananı yandırmaq planı cızıb. Hadisə nəticəsində heç kim ölmədiyi üçün məhkəmə Tasuxikonun işini yüngülləşdirib.

Bəy polisə zəng edir

Nil Makkardl "ideal ər" olmaq üçün bütün toy hazırlıqlarını öz üzərinə götürüb. Toy hazırlıqlarının bitdiyini düşünən liverpullu ər mərasimə bir gün qamış toyun keçirildiyi məkanı yoxlayıb. Sən demə, onun toyunun keçirildiyi gün həmin yerdə başqa bir cütlüyün nikahı bağlanmalı imiş. Pərt olan bəy polisə zəng edərək toyun keçirildiyi binaya bombanın qoyulması haqda xəbər verib. Hadisə yerinə gələn polis içəridəki hər kəsi evakuasiya edib. Bununla da, Makkardl eyni zamanda iki toyun ləğv olunmasına nail olub. Sonradan isə yalançı bomba xəbərinə görə Makkardl polisə günahını etiraf edib. On ay azadlıqdan məhrum olan bəyin gəlini isə onu bağışlayaraq onunla qalıb.

Gəlin toydan qaçır

Cennifer Uibenks 2005-ci il aprelin 30-da Con Meysona ərə getməli idi. Toya bir neçə gün qalmış gəlin yoxa çıxır. Qızın itməsində media bəyi günahkar çıxartmağa çalışırdı. Toya bir gün qalmış Cona Cenniferdən zəng gəlir. Cennifer qaçırıldığını deyirdi. Qız hansısa bir evdə latın amerikalı kişi və ağdərili qadın tərəfindən saxlandığını iddia edirdi. Qızın sözlərinə görə, canilər onu alçaldaraq zorlayıblar. Bir neçə müddətdən sonra polis Cenniferi taparaq verdiyi yalan xəbərlərə görə onu həbs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm