Bilgi.az
Parkinson xəstələrinə yardım edən qurğu ixtira edilib [Video]
Parkinson beyinin əzələlərə nəzarətini tədricən itirərək,
insanın hərəkətinə son qoyan xəstəlikdir. Publika.Az xarici mediaya
isitinadən xəbər verir ki, Florida ştatının Ceksonvil şəhərindəki
Mayo xəstəxanasında alimlər xəstələrə yenidən gəzməyə yardım edən
lazerli qurğu icad ediblər.
Veyn Paket 4 il əvvəl yalnız əlil arabası ilə hərəkət edə bilirdi.
Çünki Parkinson xəstəliyi onun beyi ilə ayaqlarındakı əzələ
arasında əlaqəni zədələmişdi. “Tam insan olmadığını düşünmək
çətindir. Sənin övladların sənin hərəkət edə bilmədiyini
görürlər.”
Mayo xəstəxanasının həkimi, nevroloq Cey Van Gerpin Parkinson
xəsətəsi olan Paketə onun gəzə bilməsi üçün yeni bir cihazın
olduğunu 2010-cu ildə dedi. Paket əvvəlcə ona inanmadı. “O mənə
kiçik, qırmızı şuanın gəzməyimə yardım edə biləcəyini dedi. Mən isə
bunun mümkün olmadığını düşündüm.” - deyə, Paket bildirir.
Van Gerpin bu cihazı “mobilayzer” adlandırıb. O, lazeri gəzmək üçün
olan qurğuya calaşdırır və lazerin verdiyi işıq beyin zədəsi olan
xəstənin gəzməsini tənzimləyir.
“Beyində elə sinir düyüncükləri mövcuddur ki, onların olduğu sahə
zədələnəndə siqnallar beyinin əsas hərəkət hissələrinə çatmır və
insan gəzə bilmir.”
Həmin
qırmızı şuaya baxarkən xəstə digər bir hərəkətə konsentrasiya
olunur və bu, onun beyninə müxtəlif sahələrə siqnallar göndərmək
imkanı yaradır. Həmin siqnallar zədələnmiş sahələrə də çatır. “Biz
beyinin yaxşı işləyən hissəsindən istifadə edərək, digər,
zədələnmiş hissəsinə yardım edirik.” - deyə, həkim bildirir.
Doktor Van Gerpin deyir ki, bu ixtira onun xəstələrinin çoxunun
hərəkət qabiliyyətini yaxşılaşdırıb. Veyn Paket doktor Gerpinin
cihazının onu geri, həyata qaytardığını deyir.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO