“Bu nömrəyə zəng çatmır” deyən xanım üzə çıxdı – VİDEO
Bizi izləyin

Bilgi.az

“Bu nömrəyə zəng çatmır” deyən xanım üzə çıxdı – VİDEO

15 ildir səsini tanıyıb sevdiyimiz və abonentə zəng çatmayanda, bir az da qarasınca deyindiyimiz xanımın siması ilk dəfə görüntülənib.

Axar.az xəbər verir ki, Azercell mobil operatorunun avtocavablarını səsləndirən xanımın Feysbuk sosial şəbəkəsində maraqlı videosu paylaşılıb. Feysbuk istifadəçilərinin paylaşdığı videoda adı Seva kimi təqdim edilən xanım "bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir" sözlərini deyir.

Qeyd edək ki, bu xanım 15 ildir fəaliyyət göstərən Azercell-in avtocavaba qoyulan mesajını səsləndirən ilk xanımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm