Baş nazir icra başçısının təşəbbüsünə qoşuldu
Bizi izləyin

Bilgi.az

Baş nazir icra başçısının təşəbbüsünə qoşuldu

Milyonlarla insanın parkları, ictimai yerləri və küçələri təmizləmək üçün səfərbər olduğu "Təmiz Hindistan" kampaniyası çərçivəsində baş nazir Narendra Modi də əlinə süpürgə alaraq kampaniyaya dəstək verib. Kampaniya beş il davam edəcək və Hindistan vətəndaşları beş il müddətində "təmizlik andı" içəcəklər.

Publika.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modu ölkənin müstəqillik lideri Mahatma Qandinin doğumunun ildönümündə start verdiyi "Təmiz Hindistan" kampaniyasına paytaxt Yeni Dehlinin yoxsul məhəllərindən birində küçələri süpürməklə qatılıb.

May ayından – iqtidara gəldiyindən bugünədək, demək olar ki, hər çıxışında təmizliyin və gigiyenanın vacibliyini qeyd edən baş nazir daha sonra paytaxt mərkəzində yeni təmizlənmiş yollarda onu gözləyən minlərlə insanı salamlayıb.

Hindistan baş naziri Narendra Modi süpürdüyü zibili yerdən götürməklə "Təmiz Hindistan" kampaniyasına dəstək verib.

And içən hər kəs 100 saat küçələri təmizləyəcək

Dünyanın ən pinti ölkələrindən biri kimi qəbul edilən Hindistanın imicini dəyişdirmək məqsədi güdən kampaniya beş il davam edəcək. Hökumət 1.2 milyard əhalinin yarısından çoxunun tualetinin olmadığı ölkədə minlərlə ümumi ayaqyolu tikəcək. Kampaniya çərçivəsində rəsmilər və tələbələr hər il 100 saat küçə təmizliyi ilə məşğul olacaqlar.

Kampaniya başlamamışdan əvvəl qəzetlər və televiziya kanalları təmizlik və gigiyena ilə əlaqədar sosial məsuliyyət yaratmaq üçün cürbəcür reklam-çarxları yayımlayıblar. Media hindistanlıları işlədikləri və yaşadıqları yerləri təmizləmələri üçün kampaniyaya qatılmağa çağırıb.

Milyonlarla şəxs əlinə süpürgə aldı

Reklamların son dərəcə təsirli olduğuna diqqət cəlb edən dövlət rəsmiləri kampaniyanın ilk günündən ölkə daxilində milyonlarla şəxsin əlində süpürgə, zibil paketi və dırmıqlarla küçələrə axışdığını açıqlayıb.

Aralarında millət vəkilləri, hökumət adamları, polislər, müəllimələr, tələbələr və fəhlələrin də olduğu milyonlarla şəxs parklarda zibilləri yığıb, küçələri və ictimai yerləri təmizləyib.

Xatırladaq ki, Binəqədi rayon İcra hakimi analoji aksiyaya start verib. "Təmiz Binəqədi" layihəsinin tətbiqini isə bu linklərdə baxa bilərsiniz:

http://publika.az/p/45149

http://publika.az/p/45348

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm