Qadın öz-özünə ərə getdi
Bizi izləyin

Bilgi.az

Qadın öz-özünə ərə getdi

Britaniyada qadın öz-özünə ərə gedib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Devon qraflığında yaşayan Qreys Qedlerdir.

Öz-özünə ərə gedən bu qadının toy mərasimində 50-ə yaxın insan iştirak edib. Gəlinin valideynləri onun bu addımını dəstəklədiklərini bildiriblər və qeyd ediblər ki, onlar üçün ən əsas qızlarının xoşbəxt olmasıdır.

Qreys bildirib ki, bəzi dostları onun bu addımı haqqında eşidəndə bunu öz-özünə vurğunluq adlandırıblar: "Əlbəttə, belə bir şeyi elan edəndə, o ilk baxışda həddindən artıq özünə sevgi kimi görünə bilər".

Britaniyalı qadına belə bir qərar verməkdə iştirak etdiyi "Şakti Tantra" proqramının və təsiri altında olduğu ruhi-psixoloji təlimlərin rolu olub. Onun fikrinə görə, seksuallıq özü ilə harmoniyada olmaqdır.

Baxmayaraq ki, bu nikah Britaniya qanunvericiliyinə görə, hüquqi sayılmır, evlənən tərəf özünü xoşbəxt hiss etdiyini deyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm