Qadın 100 yaşını belə qeyd etdi - VİDEO
Bizi izləyin

Bilgi.az

Qadın 100 yaşını belə qeyd etdi - VİDEO

Böyük Britaniya sakini Nora Brier 100 yaşını özünəməxsus şəkildə qeyd edib. Belə ki, Brier 100 illiyini ikinəfərlik uçuş təyyarəsində qeyd edib. Peşəkar pilot tərəfindən idarə olunan təyyarə 3,5 kilometr hündürlükdə "ölümcül" dövrə vurub.

Təyyarədə uçuşu qadına qızları hədiyyə edib. Brier ekstremal əyləncələrin pərəstişkarı olduğunu etiraf edib. Onun ekstremal əyləncəyə qoşulmasına heç yaşı da mane olmayıb. Qadın 80 yaşını hava şarında, 95 illiyini isə motodeltaplanda qeyd edib.

Uçuşdan sonra Brier deyib: "Mən özümü adrenalin narkomanı adlandırardım, hər hansı qeyri-adi bir hərəkəti etmək üçün öz ad günlərimi səbirsizliklə gözləyirəm".

Qızlarının dediyinə görə, qadın 1982-ci ildə ərinin vəfatından sonra ekstremal əyləncə növü ilə maraqlanmağa başlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm