NASA həyatın necə yaranmasını araşdıracaq
Bizi izləyin

Bilgi.az

NASA həyatın necə yaranmasını araşdıracaq

Amerika Kosmik Araşdırmalar Mərkəzi (NASA) növbəti 5 il ərzində kainatda həyatın necə yaranmasını araşdıracaq. Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində təşkilat 6 fərqli institutla əməkdaşlıq quracaq.

NASA uzun müddətdir Mars səthindən alınan nümunələri araşdıracaq və bu sayədə astroidlərin planetlərarası su və orqanizm daşımasındakı rolunu müəyyənləşdirəcək.

Dünyanın uzun tarixi ilə bağlı mütəxəssisləri narahat edən suallarını cavab verəcəyinə inanan NASA, araşdırmalarını bu sahədə də sıxlaşdırmağı planlaşdırır.

Bu layihə çərçivəsində bəzi ABŞ universitetlərində çalışan elm insanları müxtəlif araşdırmalar edəcək və NASA-nın bu layihəsində iştirak edəcək.

Kaliforniya Universitetində çalışan mütəxəssislər, layihə çərçivəsində okeanlar və atmosfer üzərinə araşdırma aparacaq. Colorado Universitetinin alimləri planetlərdə olan qaya və ona bənzəyən maddələrdə suyun təsirindən yaranacaq dəyişikliyi araşdıracaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm