Bilgi.az
Tanınmış yazıçının həmcins sevgilisi kim olub? - FOTOLAR
Görkəmli ingilis yazıçısı Oskar Uayldın Böyük Britaniyada yerləşən Redinq (Reading) həbsxanasında saxlandığı müddətdə fəhlə sinfindən olan dustaqlardan biri ilə sevgili olması haqda məlumatlar yayılıb.
Xarici mətbuatın verdiyi məlumata əsasən, 1895-ci ildə homoseksuallığa görə həbs olunan Uayld həbsxanada qaldığı dövrdə oğurluqda ittiham olunmuş Henri Başnel ilə sevgili olub.
Redinq Universitetinin tədqiqatçıları dahi yazıçının 1890-cı illərdə çəkilmiş sevgilisinin fotosunu ictimaiyyətə təqdim edib. Başnel yaraşıqlı və qaraşın oğlan olub. Tədqiqatçılar sənədləri universitetin arxivindən təsadüfən tapıblar.
Başnel ixtisaslaşmış oğru olub və 1892-1911-ci illər aralığında düz 21 dəfə həbs olunub.
Uayld və Başnel hər ikisi də azadlığa çıxdıqdan sonra yazıçı ona pul yardımı edib və məktub yazıb. Professor Piter Stonlinin sözlərinə görə, Uayldın gənc oğlana maraq və meyli olub. O deyib: "Mən elə hesab edirəm ki, onlar arasındakı yaxınlıq romantik xarakter daşıyır. Lakin onların sevgili olmasını tam dəqiqliklə demək çətindir, çünki Viktorian dövrün həbsxanalarında dustaqların bir-biri ilə söhbət etməsinə icazə verilmirdi".
Nura
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı