Bilgi.az
Hörümçək adam - FOTOLAR

Turist Bali xəstəxanalarından birinə qarnındakı qırmızı ləkələrlə bağlı müraciət edib.
Həkimlər 21 yaşlı Dilan Tomasın bədənindəki ləkələri allergiya simptomları olduğunu düşünüblər. Lakin onlar səhv edib.
Qərbi Avstraliyadan olan Dilan Tomas yoldaşları ilə Baliyə məzuniyyətə gəlib. Ancaq onun məzuniyyəti qırmızı ləkələr səbəbindən pozulub və o, adada yerləşən xəstəxanalardan birinə müraciət etməli olub.
Onun qarnında ləkələr uzun qırmızı xətt əmələ gətirib. Həkimlər
bunu hər hansı həşəratın dişləməsindən sonra yaranan allergiya
olduğunu düşünüblər. Ona görə də xəstəyə allergiya əleyhinə dərman
yazılıb və simptomların tezliklə keçəcəyi bildirilib.
Amma 1 gün sonra Dilanın vəziyyəti daha da pisləşib və qırmızı
xəttin üzərində suluq yaranıb.
Oğlan deyib: "Bazar günü yuxudan durduqdan sonra qarnımın üzərindəki qırmızı xəttin üstünün suluq bağladığını gördüm. Diaqnozun səhv qoyulduğunu dərhal anladım. Ona görə də dermatoloqa müraciət etməli oldum".
İkinci yoxlamadan sonra xəstənin bədənindəki qəribə izlərin səbəbi aşkara çıxıb: sən demə, avstraliyanın bədəninə hörümçək daxil olub və özünə cığır açıb.
Tomas deyib: "Daxilimdə hörümçəyin məskən saldığını öyrənən həkimlər məni əməliyyat stoluna göndərdilər. Hörümçəyin ölçüsü çox da böyük deyildi. Hörümçək bundan əvvəl etdirdiyim apendisit əməliyyatından qalan yara yerindən bədənimə daxil olub".
Avstraliyalı "hörümçək adamın" sözlərinə görə, həşərat bədənində bir neçə gün yaşayıb və Tomas hörümçəyin bədənində hərəkətini hiss etməyib.
Nura






-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı