Təcili yardım xidməti üçün idman avtomobilləri alındı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Təcili yardım xidməti üçün idman avtomobilləri alındı – FOTOLAR

Dubay şəhərinin rəsmiləri yerli təcili tibbi yardım maşınlarının parkını təzələmək fikrinə düşüblər.

Bundan sonra Dubay həkimləri çağırışa "Lotus Evora" və " Ford Mustang" avtomobillərində gedəcək.

Bu avtomobillərin hər ikisi idman maşını sayılır. Odur ki, çağırışa sayılı dəqiqələr ərzində gedib çatmaq olacaq. Avtomobillər elə də ucuz deyil. "Lotus Evora"-nın qiyməti 82 min dollar, "Ford Mustang"ın qiyməti isə 109 min dollardı.

Əlbəttə, çağırışa vaxtında çatmaq çox yaxşıdır. Xəstənin həyatı xilas olacaq. Ancaq bu idman avtomobillərinə baxanda insanı bir sual qeyri-ixtiyari olaraq düşündürür: bəs xərək bu avtomobilə necə yerləşəcək?

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm