Arvadını cinə görə boşadı
Bizi izləyin

Bilgi.az

Arvadını cinə görə boşadı

Dubayın şəriət məhkəməsi "bədəninə cin girmiş" arvadı ərindən boşatdırıb. Kişinin dediyinə görə, qadın arvadlıq borcunu yerinə yetirməkdən imtina edib.

Həyat yoldaşının seksdən məhrum etdiyi kişi valideynlərinə müraciət edib. Məlum olub ki, qadının "bədəninə cin girdiyindən" əri ilə yatmağı dayandırıb.

İddiaçının vəkili deyib: "Qadın və onun ailəsi mənim müştərimi aldadıb. Hələ toya qədər gərək qızın valideynləri "cin tutması" haqda müştərimə xəbər verməli idilər".

Məhkəmə qadını yalan danışmaqda günahkar bilərək nikahı ləğv edib. Lakin qanuna görə, arvadını boşadığı üçün kişi qadına 40 min dirhəm (11 min dollar) aliment ödəməlidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm