37 illik fərari tutuldu
Bizi izləyin

Bilgi.az

37 illik fərari tutuldu

37 illik fərari tutuldu

37 illik fərari tutuldu

ABŞ-da 1977-ci ildə həbsxanadan qaçan Judi Lunn Hayman 37 il sonra yaxanı ələ verib.

23 yaşında Miçiqanda oğurluq etdiyi üçün 16-24 aya qədər həbs olunan Hayman cəzasının 10-cu ayında olanda həbsxanadan qaçıb.

Lakin bu il Miçiqan həbsxanasının rəsmiləri Haymanın izinə düşərək onu San Diegoda yaxalayıb. Adını dəyişdirib Jamie Levis edən Hayman dünən tutulub.

Fərari həyatı zamanı evlənib üç oğlan usağı dünyaya gətirən Hayman əvvəlcə şəxsiyyətini inkar etsə də, sonradan etiraf edib. 60 yaşlı Hayman həbs olunarkən evdə olan 32 yaşlı oğlu Aaron isə çaşdığını deyərək anasının ikili həyatını bilib bilmədiyi haqqında heç nə deməyib.

Ailənin qonşularından biri isə Haymanı panikör kimi xarakterizə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm