Ekstremallar üçün təhlükəli otellər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ekstremallar üçün təhlükəli otellər – FOTOLAR

Adətən, Avropadan və Rusiyadan olan turistlər istirahət üçün Türkiyə, İspaniya, Misir, Yunanıstan və Tailandı seçir.

Ancaq bəziləri üçün Antalya və Şarm əl Şeyxin dəbdəbəli otelləri artıq darıxdırıcı gəlir. Onlar ekstremal şərait istəyirlər. Elə bir şərait ki, qocalanda nəvələrinə nə isə maraqlı bir şey danışa bilsinlər.

Əlbəttə, Hindistanın tropik meşələrinə, yaxud Amazonkaya kompassız gedib adrenalini hiss etməyə çox az adam risk edər. Çünki ekstremal şəraiti hiss etmək üçün daha təhlükəsiz variantlar var.

Belə ekstremal turizm biznesi ilə müxtəlif firmalar məşğul olur. Onların köməyi ilə Cənubi Afrika Respublikasındakı xarabalıqlardakı "Shanty Hotel"-də qala bilərsiz. Nəhəng su borularının içindəki yataq otaqları xoşunuza gələcək.

Yaxud Vyetnamda köhnə həbsxanalardan birinin otelə çevrilmiş kameralarında dincələ bilərsiz. Variantlar çoxdur. Ancaq ekstremal şəraitə baxmayaraq, qiymətlər elə də ucuz deyil.

Publika.az ekstremal şəraitli otellərdən bəzilərinin fotolarını təqdim edir:

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm