Dolçe və Stefano Qabbanaya bəraət verildi
Bizi izləyin

Bilgi.az

Dolçe və Stefano Qabbanaya bəraət verildi

Məşhur dizaynerlər Domeniko Dolçe və Stefano Qabbanaya bəraət verilib.

Publika.az xəbər verir ki, may ayında ittiham olunaraq 6 aylıq həbs olunan cütlük 2004-cü ildə Dolce & Gabbana və D&G brendlərinin Lüksemburqda saxta qeydiyyatında günahlandırılırdılar. Buna səbəb isə Avropada ən yüksək vergi sistemi olan İtaliya vergi sistemindən yayınmaq məqsədi daşıyıb.

Həbsdən azad olunan cütlük Milanda keçirilkən 2015-ci ilin yaz-yay moda həftəsinə yollanıblar. Dünən axşam isə kassasiya məhkəməsi bəraət barədə hökm çıxarıb. İttiham olunanlar məhkəmə toplantısında iştirak etməyiblər. Onların məhkəmədə maraqlarını qorumaq üçün 8 vəkil təyin olunub.

Qeyd edək ki, Dünya şöhrətli dizaynerlərin 2 il yarım müddətinə azadlıqdan məhrum olacağı deyilirdi.


Geyim dizaynerləri 1 milyard dollar məbləğində qazancı rəsmi orqanlardan gizlədərək, vergini ödəməyiblər. Milan məhkəməsi həbsdən savayı, modelyerlərdən 10 milyon avro dəyərində kompensasiya da tələb edirdi.

Xatırladaq ki, məşhur D&G brendinin yaradıcılarının vergidən yayınmaqda günahlandırılması birinci hal deyil.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm