Çox çay içən qadınların nəzərinə
Bizi izləyin

Bilgi.az

Çox çay içən qadınların nəzərinə

Portağal suyu və çay qadınların yumurtalıq xərçəngindən qoruya bilər. Publika.az-ın məlumatına görə, İngiltərənin Şərqi İngiltərə Universitetinin alimlərinin apardığı araşdırmada bu fakt təsdiqlənib.

Alimlər 25-55 yaş arası 171940 qadının 30 illik qidalanma vərdişlərini incələyib. Araşdırmanın nəticəsinə görə, mütəmadi olaraq çay və portağal suyu içən qadınların yumurtalıq xərçənginə tutulma riski digərlərinə nisbətən 3% azdır.

Mütəmadi olaraq çay içən qadınların yumurtalıq xərçənginə tutulma riski 31%, portağal suyu içənlərin isə 21% azalır.

Buna da səbəb çay və portağalın tərkibindəki flavonoid adlı maddədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm