Sevgidə bəxti gətirməyən qızı satışa çıxardılar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sevgidə bəxti gətirməyən qızı satışa çıxardılar – FOTOLAR

Sevgidə bəxti gətirməyən Sammi Maalem adlı qız sözün əsl mənasında özünü satışa çıxardıb.

Uelsin Kardif şəhərindən olan Kayl 27 yaşlı bacısına adaxlı tapmaq üçün "eBay" onlayn satışında satışa çıxardıb. Sammi artıq bir ildir ki, sevgilisindən ayrılıb və Kayl bacısına daimi sevgili tapmaq üçün bu hərəkətə yol atıb.

Kayl bacısını bu elanla hərraca çıxardıb: "Mənim bacımla sevgili olun. Onun 27 yaşı var. Hərracın qiyməti 50 funt sterlinqdən (81 dollar) başlayır. O, Londondandır, lakin indi Kardif şəhərində yaşayır. O, incə bədən quruluşuna malikdir, gözləri tünd-göydür. İnsanlarla yaxşı yola gedir. O, əyləncə gecələrinin dəlisi deyil və sadiq insandır. Zarafatları sevmir, ancaq sevmək qabiliyyəti var. Mənim bacım həqiqi kişi tapmaqda çətinlik çəkir. Ona görə də mən və ailəm onun üçün yaxşı bir kişi axtarışına çıxmışıq".

Sonra isə qızın qardaşı kişilər üçün bu şərtləri qoyub: "Sevgi dolu, sadiq, ailəyə bağlı, mehriban və əliaçıq olmalıdır. Xahiş edirik, tənbəllər müraciət etməsinlər. Adaxlının maşını, ədəb-ərkanlı görünüşü olmalıdır. Boyunun 1.70 metr olması gərəkdir. Yaş 27-35 arası olmalıdır. Biz bir gecəlik kişi axtarmırıq. Bizə evli və ya nişanlı kişi lazım deyil. 150 mil radius yaxınlıqda yaşamalıdır".

Sammi bu elana çox təəccüblənib. Qızın sözlərinə görə, onun bir neçə sevgilisi olub. Onlardan biri ilə hətta 2 il sevgili kimi yaşayıb, lakin hər dəfəsində Samminin sevgidə bəxti gətirməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm