Hansı şəhərlər qadınlar üçün təhlükəlidir?
Bizi izləyin

Bilgi.az

Hansı şəhərlər qadınlar üçün təhlükəlidir?

Yeni aparılmış sorğuya əsasən, Latın Amerikası şəhərlərində mövcud nəqliyyat sistemi qadınlar üçün təhlükəli hesab olunur.

"YouGov" internet axtarış şirkətinin apardığı araşdırmaya görə, Kolumbiyanın paytaxtı Boqota şəhərində fəaliyyət göstərən qırmızı avtobuslar ən təhlükəli ictimai nəqliyyat hesab olunur.

Sorğuda yalnız qadınlar iştirak edib və onlar dünyanın 15 iri şəhərini müqayisə ediblər. Nəticələrə əsasən, Boqota ən təhlükəli şəhər kimi tanınıb, ondan sonra isə Mexiko, Lima, Dehli, Cakarta, Buenos Ayres, Kuala Lumpur, Banqkok, Moskva, Manila, Paris və Seul gəlir.

Sorğuda iştirak edən 6550 qadın iştirakçı Moskvanı yaşam üçün ən təhlükəli Avropa şəhəri seçib. Ümumi siyahıda isə Moskva şəhəri 9-cu yerdə qərarlaşıb.

Təhlükəli şəhərləri qadınlar turist kimi tək səyahət etdikləri ölkələrdə axşam və gecə saatlarında avtobus, tramvay və qatarda başlarına gələn hadisələrə əsasən qiymətləndiriblər. Siyahıda adları keçən şəhərlərin nəqliyyatında qadınlar zorakılıq və təhqirlərə məruz qalıblar.

Mexikoda hər 10 qadından 6-ı, nəqliyyat sistemi yaxşı inkişaf etmiş Nyu-York şəhərində isə hər 10 qadından 3-ü ictimai nəqliyyatda zorakılığa məruz qalır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm