İnsan ağlı nə zaman yaxşı işləyir?
Bizi izləyin

Bilgi.az

İnsan ağlı nə zaman yaxşı işləyir?

İnsan zehni daha çox mədə boş olan zaman yaxşı işləyir.

Belə bir qənaətə Utrext (Hollandiya) universitetinin alimləri gəliblər.

Onların dediyinə görə, mədə boş olarkən insan beyni daha məqsədəuyğun və ağıllı qərarlar verir.

Təcrübə aparılarkən alimlər iştirakçılardan şam yeməyi yeməməyi xahiş edib. Səhəri günü iştirakçılar laboratoriyaya gəldikdə onları 2 qrupa ayırıblar. Qrupun bir hissəsinə səhər yeməyi verilib, digər qrupun üzvləri isə ac saxlanılıb. Bundan sonra iştirakçılar bir sıra testlərdən keçib.

Təcrübənin nəticələrinə görə məlum olub ki, ac iştirakçılar daha tez qərar qəbul edə biliblər.

Kanadalı tədqiqatçılar isə hər hansı bir vacib bir qərarı qəbul etmək üçün işıqları söndürməyi məsləhət görür. Zəif işıq və tam qaranlıqda insan beyni daha aydın və məhsuldar fikirləşir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm