Qadınları qəzəbləndirən reklam – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadınları qəzəbləndirən reklam – FOTOLAR

"Victoria’s Secret" şousu ənənəvi olaraq hər il milyonlarla tamaşaçını özünə cəlb edir. Lakin bu dəfə məşhur "mələklər" bir çox insanların, xüsusən də qadınların narazılığına səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "ideal bədən" ifadəsi reklamı görən qadınların 99,9 faizinin tənqidinə səbəb olub. Narazılıq edənlərin əksəriyyəti model ölçülərinə sahib olmayan qadınlardır.

"Victoria’s Secret" şirkətinin reklam posterini tənqid edən bir qadın deyib: "Bu, çox məsuliyyətsiz reklamdır. Mən deyərdim ki, reklam qadınlara qarşı kobud bir səhv buraxır".

On altı min nəfər də bu fikirlərə qoşulub. Artıq petisiya hazırlanıb və yaxın zamanlarda o, şirkətin ünvanına göndəriləcək. Minlərlə qadın şirkətin onlardan üzr istəməsini tələb edir.

Qeyd edək ki, şirkətin reklam posterində "The Perfect "Body"" ("İdeal Bədən") ifadəsi yazılıb. "Body" sözü dırnaq arasında yazılsa da, qadınlar və mətbuat bu sözü təhqir kimi qəbul edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm