Turistləri gəzdirən hava balonu həbsxanaya düşdü
Bizi izləyin

Bilgi.az

Turistləri gəzdirən hava balonu həbsxanaya düşdü

Hindistanda iki qadın turistin səyahət etdiyi hava balonu güclü küləyə görə istiqamətini dəyişərək, uçuşu yüksək təhlükəsizlik rejimli həbsxanada başa vurub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Rajastan əyalətindəki Pushkar Camel Fair illik dəvə yarmarkasını ziyarət edən qadınlar tədbirə havadan nəzər salmaq qərarına gəliblər.

Lakin güclü külək nəticəsində uçuşu erkən bitirən hava balonunun operatoru onu Ajmer mərkəzi həbsxanası yaxınlığındakı futbol meydançasında endirməyə məcbur olub.

Hadisənin təsadüf, yoxsa məhbəsdən qaçış cəhdi olmasını müəyyən etmək üçün həbsxana rəsmiləri hava balonu sərnişinlərini iki saat ərzində saxlayıblar.

"Hadisə vaxtı məhbuslar həbsxana binasında olublar. Lakin balon enərkən siqnalizasiyanın işə düşməsi rəsmiləri təşvişə salıb", - məlumatda deyilir.

Yerli hakimiyyət hadisəyə hava balonunun məxsus olduğu şirkətin lisenziyasını ləğv etməklə reaksiya verib. Bundan başqa, məhbəsə "qeyri-qanuni giriş"lə bağlı hadisə araşdırılarkən sahə üzərində hava balonunda uçuşlar qadağan edilib.

Hadisənin ertəsi günü turistlər fil belində gəzintiyə çıxmaq kimi daha aşağı riskli məşğuliyyətə üstünlük veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm