“Mən dəmir-filan deyiləm, sadəcə qadınam!”- FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Mən dəmir-filan deyiləm, sadəcə qadınam!”- FOTOLAR

Tarixə "dəmir ledi" ləqəbi ilə düşən Marqaret Tetçer yaşasaydı, bu ilin 13 oktyabrda 89 yaşı tamam olacaqdı. Tabloid.az-ın "9 don" layihəsi çərçivəsində bu gün ən valehedici, mənfur, cazibədar, deyingən, radikal və mühafizəkar lider - Marqaret Tetçer haqqında danışacağam.

Marqaret Tetçerin qızlıq adı Hilda Roberts idi. Tetçer 1925-ci ildə Şimali İngiltərənin Qrantem şəhərində anadan olub. Onun ailəsi varlı deyildi. Ailədəki uşaqlar atalarına baqqal dükanında kömək edirdilər. Marqaret lap uşaq yaşlarından əməyə alışmışdı. Hakimiyyətə doğru addımları İngiltərənin kasıb mühitindən başlayıb. Belə başlanğıc bu qədər yüksək məqsədə nail olmaq üçün təsəvvür edilməz görünürdü. Lakin o mümkün olmayanı həyata keçirə bildi: İddiasız dükan sahibinin qızı kişilərin sahib olduğu hakimiyyətə gəlməyi və Böyük Britaniyanın baş naziri olmağı bacardı.

"Bəxtim gətirdiyini deyə bilmərəm. Bütün həyatımı atama borcluyam. Maraqlıdır ki, balaca şəhərin kübar bir ailəsində öyrəndiklərim mənə seçkilərdə qələbə gətirdi".

Məktəbi əla qiymətlərlə bitirən Marqaret Oksford Universitetinə qəbul olunur. Eyni zamanda, fəal siyasətə qoşulur.1959-cu ildə parlamentə üzv seçilir. 1975-ci ildə isə Mühafizəkarlar partiyasına rəhbərlik etməyə başlayır. 1979-cu ildə seçkilərdə qələbə qazanmış və 1990-cı ilə qədər Britaniya hökümətinə rəhbərlik edir.

Qeyd edək ki, 1979-cu ildə Marqaret Tetçer Böyük Britaniyanın birinci və yeganə qadın baş naziri olub. O, həmçinin XIX əsrin əvvəllərindən bəri Britaniya tarixində hökumətə ən uzun müddət rəhbərlik edən şəxs olub. Marqaret Tetçer bu postda üç müddətə qaldı. Ölkə tarixində 1827-ci ildən bəri belə bir göstəriciyə malik ikinci qadın adı yoxdur. Tetçer eyni zamanda, Avropanın ilk qadın baş naziri kimi də tarixə düşüb. O, 1979-cu ildən 1990-cı ilədək yüksək vəzifədə qalıb.

2003-cü ildə dünyasını dəyişmiş həyat yoldaşı Denisdən sonra Marqaret on il yaşayır. Xəstəliyi səbəbindən "dəmir ledi" son zamanlar ictimaiyyət içərisinə çox az-az çıxırdı. Bir neçə dəfə infarkt keçirmiş M.Tetçer demensiyadan, yəni qocalıq dövrünün əqli zəifliyindən əziyyət çəkirdi. Britaniyanın yeganə qadın baş nazirinin ölümünə səbəb isə insult oldu. "Dəmir ledi" kimi tanınan Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer ömrünün 87-ci ilində vəfat edib.

Böyük ölçüdə XX əsr Britaniya və dünya siyasətinin başlıca fiqurlarından sayılan bu qadın haqqında çoxlu əfsanələr var. Ancaq biz "dəmir ledi"nin doğum günündə onun obrazının təşkil edən əsas nüansları xatırlayacağıq.

Kostyumlar: Marqaret Tetçerin obrazları rəngarəngliyi ilə seçilmir. O, ciddi və adi üslubda geyimyi xoşlayırdı. Uzun illər siyasi fəaliyyəti ərzində dəmir ledi üslbuna sadiq qalır. Klassik siluetlər və düz kəsimlər onun obrazını təşkil edən əsas elementlər olur.

Костюмы

Göy rəng: Marqaret Tetçerin sevimli rəngi göy idi, o, ictimai tədbirlərdə ən müxtəlif rəng və bu rəng qammasının - açıq-mavi çalarından, gecə səmasının çalarlarına qədər üstünlük təşkil etdiyi geyimlərdə tez-tez görünürdü. O, göy rəngin bütün çalarlarına sadiq qalırdı. Axı o, Böyük Britaniyada mühafizəkarlar partiyasının simvolu sayılır.

Синий цвет

Saç düzümü və makiyaj: Marqaret öz zahiri görünüşündə laqeydliyə yer vermirdi. O, ictimaiyyət qarşısına hər zaman ideal şəkildə yığılmış saç düzümündə və səliqəli makiyajda çıxırdı. Axı onun bütün obrazları ən xırda detallarına qədər düşünülmüş idi: Geyimlər bədənə ideal şəkildə oturur, aksessuarlar geyimlə məharətlə uzlaşırdı.

Прическа и макияж

Romantik obrazlar: Çoxları baş nazirin xarici görünüşdə qadın siluetini vurğulayan geyimlər seçmədiyi üçün tez-tez qınayırdılar. Lakin belə deyil. Çünki Tetçer cəlbedici olmaq üçün gecəsinə haram qatıb saatlarla gözəllik salonunda oturub yuxusunu qurban verməyə hazır idi. Hətta növbəti çıxış üçün geyimlərini də çox çətinliklə seçərdi. Onun üslubunda incə detallar da çox romantik idi. O, boynunda böyük bantları olan bluzlar geyinməyi sevirdi, axşam tədbirlərdə isə döşəməyə qədər uzanan paltarlarda görünürdü.

Женственные образы Маргарет Тэтчер

Mirvarilər: Marqaret Tetçerin obrazında mirvarilər hər zaman bir dəyişməz detal olaraq qalırdı. Baş nazir mirvari sapı və iri salxım dəstləri həmişə üzərində daşıyıb. Onun bu seçimi uzun illər dəyişməyib. O, bu incilərdə tribunada mühüm siyasi bəyanatları ilə çıxış edib, həmçinin kraliça II Yelizaveta ilə görüşüb.

Маргарет Тэтчер в женчужном комплекте

Çanta "Asprey": Tetçerin sevimli aksessuarından biri də kiçik çantası idi. O, bu çanta modellərindən demək olar ki, heç ayrılmırdı. Belə sədaqət isə moda tənqidçilərinin hücum mövzusu ilə nəticələnirdi. Buna baxmayaraq, Marqaret öz üslubunu dəyişmir. "Dəmir ledi" "Asprey"-dən olan bu çantası ilə bütün ölkələri gəzirdi. Dördkünc, yığcam çanta ən ciddi danışıqlarda - Ronaldla Reyqan, Mixail Qorbaçovla görüşlərdə Marqareti müşayiət edib. Sonradan bu çanta 28 min avroya hərracda satılıb.

Любимая сумка Маргарет Тэтчер

Əlcəklər və şlyapalar: "Dəmir ledi" obrazının digər dəyişməz atributlarına qısa əlcəklər və rəngarəng şlyapalar daxil idi. Bu detallar mühafizəkar Marqaretin stilinə daxil olsa da, eyni zamanda ona müxtəliflik verirdi.

Daimilik onun bütün siyasi baxışları, şəxsi həyat və zahiri görünüşündə təqib edirdi. Marqaret Tetçer sonuna qədər özünə sadiq qalır və yarım tonları qəbul etmir.

Перчатки и шляпы Маргарет Тэтчер

Marqaret Tetçerin ən dəyərli aforizmləri

İlk dəfə 19 yaşımdaykən o, məni Marqo çağırdı... Sonra biz ayrıldıq. O getdi. Getdiyi gündən heç kəsin məni o adla çağırmasına icazə vermədim. Niyə? Çünki mən xatirələrə qayıtmıram, sadəcə unuduram məni
unudanları. 30 il sonra Mayamiyə səfərim zamanı camaatın içindən "Marqo" çağıran bir səs eşitdim. Qocalmış, əynində dilənçi günündə kürkü olan biri idi. O, idi. Marqo çağırırdı əvvəlki kimi. Heç nə demədim.
Oteldəki otağıma keçib ağladım. Və onda anladım ki, mən Dəmir-filan deyiləm, sadəcə
qadınam!

Cəmiyyət adlanan bir mövhum yoxdur. Var – kişilər, qadınlar və ailələr.

Nazirlərin nə çərənlədiyi vacib deyil, əsas odur ki, onlar mənim dediklərimi yerinə yetirirlər.

Kiminsə haqqında fikir bildirmək üçün mənə on saniyə bəs edir. On saniyə ərzində insan haqqında öz təəssüratımı yaradıram və mən onu çox nadir hallarda dəyişirəm.

Avropa tarix nəticəsində yaradılıb. Amerika fəlsəfə.

Mən son dərəcə səbirli insanam, bir şərtlə ki, axırda mən deyən olacaq!

Qadın öz xarakterini göstərəndə "ləçər" deyirlər, kişi göstərəndə "yaxşı oğlan"dır deyirlər.

Hamını dinləmədən hər kəsi başa düşmək olmaz.

Öz ünvanınıza, haqqınızda deyilənlərə, müzakirələrə heç vaxt qulaq asmayın. Əmin olun ki, hətta əgər siz suda gəzməyi öyrənsəniz də, kimsə mütləq deyəcək: "Baxın, hətta o, üzməyi bacarmır".

İqtisadi azadlıq olmadan, başqa heç bir azadlıq ola bilməz.

Bu gün qadınların özlərini sübut etməsi üçün xeyli imkanlar var. Hətta ölkəni idarə edənlər də var. Məncə, qadınlara çanta daha çox yaraşır, nəyinki süngü.

Qadınlar "yox" deməyi kişilərdən daha yaxşı bacarırlar.

Ev qadın dünyasının xaricində deyil, mərkəzində olmalıdır.

Əgər siz nə isə eşitmək istəyirsinizsə, kişilərdən soruşun. Yox, siz nə isə etmək istəyirsinizə, o zaman qadınlardan soruşun.

Qadın evi idarə etməkdə yaranan problemləri anlayırsa, o, ölkənin idarə olunmasında yaranan problemləri də başa düşür.

Ümumi dil tapmaq üçün mübahisə etdiyiniz şəxslə eyni fikirdə olmaq vacib deyil...

Məni tənqid edən insanlar mənim Temzanın dalğalarında necə addımlamağımı görsələr, deyərdilər ki, o, üzə bilmədiyi üçün belə edir.

Əgər sən kiminsə xoşuna gəlməyi qarşına məqsəd qoymusansa, sən istənilən zaman, istənilən məsələ üzrə güzəştə getməyə hazır olmalısan və sən heç vaxt, heç nəyə nail olmayacaqsan.

Yalan danışmaq yaxşı hərəkət deyil, amma bəzən mülayimlik üçün lazım olur.

Döyüşü udmaq üçün bəzən iki dəfə məğlub olmalısan.

Xoruz nə qədər yaxşı banlasa da, hər halda, toyuq yumurta verir.

Rəzil insanlar dahiləri müzakirə etməkdən inanılmaz zövq duyurlar.

Ev etməyə heç bir işin olmayanda gəldiyin yerdir.

Öz düşmənini yaxşı öyrənmək lazımdır, yalnız onda düşməni öz dostunuza çevirə bilərsiniz.

Nəzakət bu gün hər şeydən bahadır, həyasızlığın isə ümumiyyətlə, qiyməti yoxdur.

Demirəm ki, mənim bəxtim gətirib. Sadəcə, mən buna layiq idim.

Əlbəttə, bayağılıq var. Onlar həqiqəti əks etdirmək üçün mövcuddurlar. Qalibiyyət ehtirası hamımızın içində var. Qalibiyyət – məşqə, qalibiyyət üsulu isə ləyaqətə bağlıdır.

İngiltərənin çoxdankı yaralarını sosializmlə sağaltmağa çalışmaq – leykemiyanı zəli ilə müalicə etməyə oxşayır.

Маргарет

Маргарет Тэтчер и Елизавета II

Маргарет Тэтчер и Дэвид Кэмерон

Маргарет

Oxumağa davam et
Reklam
Reklam

Gündəm