“Sancaqbaş” sirk ustası - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Sancaqbaş” sirk ustası - FOTOLAR

Şəkildə gördüyünüz şəxs boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, rusiyalı Nikolay Valuyevin uşaqlığına bənzəsə də, o deyil.

Bu qeyri-adi adam amerikalı aktyor və sirk ustası Şlitsidir (Schlitzie). Kəllə sümüyünün balaca olması səbəbindən ona "sancaqbaş" deyirdilər. Elə bu ləqəblə də ABŞ-da məşhurlaşıb.

Şlitsi fiziki qüsurla doğulmuşdu. Bu, nevroloji xəstəlikdir. Tibb aləmində buna mikroçefaliya deyirlər.

Xəstəliyin xarakterik cəhəti kəllə sümüyünün inkişafının ləngiməsidir. Nəticədə insan yaşlandıqca üzü, sifəti inkişaf edir, başı isə balaca qalır.

Şlitsi 1901-ci ildə ABŞ-da, Bronksda anadan olmuşdu. Eybəcərliyi valideynlərini qorxuya saldı. Onlar körpəni sirk aktyorlarına satdılar.

Beləliklə, Şlitsi sirk artisti oldu. Sirklərdə və kanavallarda çıxış edirdi. 1932-ci ildə isə "İdbarlar" filmində çəkildi. Filmdən sonra ölkəsində məşhurlaşdı.

70 yaşınadək sirklərdə çıxış etməyə davam etdi. Xəstəliyi boy-buxununa da təsir etmişdi. Cəmi 122 santimetr idi. Əqli cəhətdən geri qalırdı. Şlitsinin ağlı 3 yaşlı körpə ağlından fərqlənmirdi. Ona görə də başqalarının himayəsi altında yaşayırdı.

Şlitsi 70 yaşında bronxial astma xəstəliyindən öldü.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm