Bu it insanları baxışı ilə hipnoz edir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu it insanları baxışı ilə hipnoz edir – FOTOLAR

"Şahzadə" adlı alman itinin sahibi iddia edir ki, onun iti insanların gözünə baxmaqla onları hipnoz edə bilir. İtin sahibi Kristina Lennonun sözlərinə görə, "Şahzadə", sadəcə, insanların gözlərinə içinə baxaraq onları yuxu dərəcəsinə çatdırır.

Böyük Britaniya sakini olan Lennon deyib: "Sözsüz ki, hər bir it belə bir vərdişə malik deyil. Lakin mənim itim istənilən şəxsə baxmaqla onu transa sala bilir. Əslinə qalsa, hər bir itin təbiətində bu bacarıq var. Onu üzə çıxarmaq üçün itə yaxşı təlim keçmək və hazırlamaq lazımdır".

Kristina iti ilə birgə şoular təşkil edərək insanları hipnoz halına salır. Onun sözlərinə görə, tamaşaçıların əksəriyyəti itin qabiliyyətinə inanmır. Ancaq "Şahzadə"nin çıxışından sonra onlarda artıq şübhə qalmır.

Psixoloq Sten Roulinson deyib: "İtlər insanları sakitləşdirir və yüngüllük gətirə bilir. Lakin heç zaman insanları hipnoz edə bilməz. Hər şey iti idarə edəndən asılıdır: itin sahibi öz hərəkət və səs tembri ilə insanları transa salır. Burada itin rolu olmur".

Hazırda "Şahzadə" və Kristina Britaniya universitetlərində öz şousunu nümayiş etdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm