Stressdən xilas olmağın yeni üsulu – FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

Stressdən xilas olmağın yeni üsulu – FOTO/VİDEO

Los-Ancelesin küçələrinin birində şüşəli köşk görsəniz, təəccüblənməyin.

Köşk stressdən əziyyət çəkən insanların balaca pişiklərlə oynaması üçün quraşdırılıb. Təşkilatçılar bu yolla insanları gündəlik problemlərdən uzaqlaşmağa və sahibsiz heyvanlara biganə qalmamağa səsləyir.

Stressi azaldan şüşəli köşk ideyasını "Kitten Therapy" (Pişiklərlə terapiya) xeyriyyə cəmiyyəti irəli sürüb. Köşkə yoldan keçən və gərgin gün keçirən insanlar pulsuz dəvət olunur. Əvvəlcə onlar şüşəli köşkə daxil olur, gözlərini bağlayır və qulaqlığı taxırlar. Pişiyin sakitləşdirici səsinə qulaq asarkən onlara gözlərini açmaq əmri verilir. Bu zaman köşkə pişik balaları buraxılır. Maraqlısı budur ki, pişiklə oynayan insanlar köşkü tərk etdikdən sonra müsbət təsir aldıqlarını iddia edirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm