Mərasimə içkili vəziyyətdə gələn aktyor – VİDEO
Bizi izləyin

Bilgi.az

Mərasimə içkili vəziyyətdə gələn aktyor – VİDEO

Amerikalı aktyor Conni Depp "Hollywood Film Awards"-ın tədbirinə içkili vəziyyətdə gəlib.

Bununla belə, o, səhnəyə çıxaraq prodüser Şep Qordonun ünvanına təbrik nitqi söyləyib, lakin... nitq söyləyərkən Conni necə deəyrlər, qaş düzəldən yerdə vurub gözü çıxarıb.

Sənədli filmlər kateqoriyasının qalibinin adını çəkmək üçün aktyor səhnəyə çıxıb və yerində dayana bilməyərək səndələyib. Conni mikrofonu əlində tuta bilməyib və deyib: "Bu, indiyədək gördüyüm ən pis mikrofondur".

Sonra isə nitq söyləyərkən aktyor aydın danışmayıb. Bu azmış kimi, o, iki dəfə nalayiq söz də işlədib, lakin videoda senzura nəzərə alınaraq, söyüş siqnal səsi ilə əvəzlənib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm