Kokos yağının faydaları
Bizi izləyin

Bilgi.az

Kokos yağının faydaları

Apteklərdə satılan kokos yağını qadınlar saç üçün maskalar hazırlamaq məqsədi ilə alır. Lakin kokos yağı insan orqanizminə büsbütün müsbət təsir edir.

Publika.az kokos yağının insan orqanizminə göstərdiyi təsirlərdən danışır.

Kokos yağı xolesterinin səviyyəsini aşağı salır

Kokos yağının tərkibindəki efir yağları insan orqanizmində qan-damar xəstəliklərinin yaranma ehtimalını aşağı salır. Bundan əlavə, onun tərkibindəki laurin, kaprik, mirisitik turşusu xolesterinin səviyyəsini də aşağı salır.

Kokos yağı artıq çəkidən azad edir

Kokos yağının tərkibindəki trigliserit turşusu bədəndə yağın toplanmasını qarşısını aldığı üçün kökəlməyə qoymur.

Kokos yağı dərini nəmləndirir

Kokos yağının tərkibində olan E vitamini bədəni nəmləndirir. Həmçinin yağ dərini erkən qocalmadan da qoruyur.

Dermatoloq Sintiya Beyli bildirir ki, kokos yağı dəriyə nəmləndirməklə yanaşı dərini korlayan stafilokok bakteriyalarını da məhv edir.

Kokos yağı beyin fəaliyyətini sürətləndirir

Qlükoza kimi trigliserit turşusu beyin üçün "alternativ yanacaq" rolunu oynayır.

Kokos yağı bakteriya, virus və göbələkləri neytrallaşdırır

Kokos yağının tərkibində olan laurin turşusu bakteriya, virus və göbələk əleyhinə effektli təsir edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm