Qan qrupu haqda maraqlı fərziyyələr
Bizi izləyin

Bilgi.az

Qan qrupu haqda maraqlı fərziyyələr

Qan qruplara və rezus faktorlara bölünür.

Hər bir insan hansı qan qrupuna və rezusa malik olduğunu bilməlidir. Qan qrupu eritrositlərin antiqen xarakteristikasıdır.

Dörd qan qrupu müəyyən edilib: 0 (I) – birinci qan qrupu, A (II) – ikinci qan qrupu, B (III) – üçüncü qan qrupu, AB (IV) – dördüncü qan qrupu. Qan qrupu laboratoriya şəraitində müəyyən edilir və insanın həyatı boyu dəyişməz qalır. Lakin körpələrin bir yaşına kimi qan qrupu dəyişə bilər.

Qanın rezusu başqa sözlə desək, eritrositin səthində olan zülaldır. Rezus faktor müsbət və mənfi ola bilər. Rezus faktor "Rh" hərfləri ilə göstərilib "+" və "-" işarələrlə göstərilir. Qanın rezusu 35 il bundan əvvəl elmə məlum olub. Edilmiş kəşfdən sonra yer üzündə yaşayan insanların 85 faizinin müsbət rezuslu olması məlum olub. İnsanları 15 faizində isə mənfi rezusdur, yəni eritrositin səthində zülal yoxdur. Əslinə qaldıqda, rezusun mənfi olması sahibinə heç bir əks-təsir göstərmir. Lakin söhbət hamiləlikdən getdikdə, o zaman narahat olmağa dəyər. Ona görə də gələcək anaya xüsusi diqqət lazımdır.

Hansı halda təhlükə yarana bilər?

Ana müsbət rezus, ata mənfi rezus olduqda: narahatçılığa əsas yoxdur, bu hal hamiləliyə təsir etmir.

Ana mənfi rezus, ata mənfi rezus: problem yenə də yaranmayacaq, uşaq mənfi rezuslu doğulacaq.

Ana mənfi rezus, ata müsbət rezus: bu situasiyada nəinki həkimlər, hətta qadın da diqqətli olmalıdır. Çünki qadının sağlamlığı öz əlindədir. Bu zaman rezusların konflikti yaranır. Mənfi rezuslu ananın bətninə müsbət rezus düşdükdə aşağıdakı hallar baş verə bilər:

- hamiləliyin pozulması;

- hamiləlik vaxtı zədə almaq və sair.

Mənfi rezusa malik olan insanlar haqda mistik əfsanələr hökm sürür. Rezus faktoru bəşər insanlarını iki hissəyə ayırır. Çünki müsbət qan rezusu ilk dəfə olaraq makakalarda aşkar edilib. Makakalar yer kürəsində yaşayan erkən varlıqlardan hesab olunur. Ufoloqlara görə isə mənfi qan qrupunun insanları başqa planetdən gələnlərin nəsli olduğunu ehtimal edir. Bu hipoteza mənfi rezuslu qana malik olan qadının hamiləlik vaxtı müsbət rezuslu uşağı yad bir cisimcik kimi qəbul edib onunla mübarizə aparmasından irəli gəlir. Bir sözlə desək, ana bətni uşağı məhv etməyə çalışır. Bu isə heç bir orqanizm üçün görünməyən haldır.

Ən çox bask xalqında mənfi rezuslu qana rast gəlmək olar. Maraqlı fakt budur ki, qaradərili insanlarda mənfi rezuslu qana ağdərili insanlarla müqayisədə daha az rast gəlinir. Lakin Efiopiyada yaşayan qaradərili yəhudilərdə mənfi rezus qan qrupu geniş yayılıb.

Bundan əlavə, mənfi rezuslu insanlar arasında öncəgörən, falçı, medium və ekstrasenslər daha çoxdur.

Məşhur amerikalı paranormal hadisələr üzrə tədqiqatçı Bred Stayqer mənfi rezuslu insanı qeyri-adi adlandırıb...

Əgər söhbət hər hansı bir mutasiyadan getmirsə, dünyadakı insanların qan qrupu əcdadlarımızdakı kimi olmalıydı. Çünki bütün primatlarda müsbət qan qrupudur. Bəs onda mənfi qan qrupuna malik olan insanlar haradan əmələ gəlib? Bir çoxları hesab edir ki, bu qan qrupunun daşıyıcıları başqa bir planetin nümayəndələridir.

Mənfi rezuslu birinci qan qrupu isə bütün qan qrupları arasında ən təmizi hesab olunur. Bu qan qrupu sahiblərinə öz qan qrupundan savayı qan vermək olmur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm