Qan soran, metal yeyən, benzin içən - Qeyri - adi qidalar- FOTOLARDA
Bizi izləyin

Bilgi.az

Qan soran, metal yeyən, benzin içən - Qeyri - adi qidalar- FOTOLARDA

10 ən qeyri-adi qida növləri

Həkimlər yemək üçün yararlı olmayan qidalardan istifadə edən insanları “paroreksiya” adlandırır. Belə pozğun halların səbəbi müxtəlif ola bilər: psixi və fiziki travma, müxtəlif orqanların xəstəliyi, avitaminoz və hətta həddindən çox maraq və məşhur olmaq arzusu.

Publika.az sizə 10 ən qeyri-adi “yemək məhsullarını” təqdim edir.

Metal

57 yaşlı Fransa sakini Maykl Lotito bu vaxta qədər artıq 18 velosiped, 15 əl arabası, 7 televizor, 6 çılçıraq, 2 çarpayı yüngül motorlu Cessna 150 təyyarəsi (şəkilə nəzər yetirin. Təyyarə yüksüz 504 kiloqram təşkil edir) və 1 tabut yeyib.

Həkimlər qeyd edirlər ki, Maykl Lotito son dərəcə çox güclü mədəyə malikdir. Maykl öz qeyri-adi yeməklərini yeyərkən metalı əvvəlcə xırdalayır sonra isə metal parçalarını su ilə qəbul edərək həzm edir. Çox maraqlısı budur ki, belə bir qida Mayklda heç bir allergiyaya səbəb olmur halbuki onun banan və qaynadılmış yumurtanı görməyə gözü yoxdur.

bizzarefood01 10 необычных продуктов питания

Yollarda həlak olan heyvanların əti

Ingiltərədən olan Artur Boyta üçün bu delikates növü heç də iyrənc görünməyə bilər. 72 yaşlı qoca ömrünün 35 ilini yollarda maşın təkəri altında qalmış porsuq, pişik, safsar və kərtənkələ ətindən dadmaqdan imtina etmir. Ixtisasca Artur müqəvva hazırlayandır və istənilən ət növüylə o peşəkarcasına rəftar edə bilir.

BIGPIC35 10 необычных продуктов питания

Insan qanı

Pensilvaniya ştatının 45 yaşlı sakini qanda ağırlıq yaradan irsi xəstəlik olan porfiriyadan əziyyət çəkir (müasir şəraitdə qanı içməkdən çox xüsusi dərman vasitəsilə bədənə yeridilir). Qadın əmin edir ki, 4,5 litr qanı içməyə qadirdir. Bu təxminən bir insan bədənindəki qanın miqdarı və acgöz olan şəxsin mədəsi həcmindədir.

bizzarefood03 10 необычных продуктов питания

Benzin
Çinlilər öz qeyri-adi yemək növləriylə məşhurdurlar. Məsələn, 71 yaşlı Çen Yunyu aya 3,5 litr benzin içməyə meyillidir. Hər şey qonşusu Çeni ağır öskürəkdən canını qurtarması üçün kerosin içməyi məsləhət gördükən sonra başladı. Dərman həqiqətən təsirini göstərdi lakin bu vərdiş halını aldı. Indi isə Çen hər gün 1 stəkan benzin içir.

bizzarefood04 10 необычных продуктов питания

Əqrəblər

Vəhşi təbiətdə əqrəblərlə kirpilər, kərtənkələlər, quşlar , manqustlar və hətta əntərlər da qidalanır. Bu isə o deməkdir ki, əgər əqrəbi düzgün hazırlasan insan da qidalana bilər. Bugünkü günümüzdə əqrəbdən hazırlanan yeməklər nəinki Asiyanın ucqar kəndlərində hətta Avropa və Amerikanın elit restoranlarında da təqdim olunur. Deyilənə görə, bişmiş əqrəb əti qızardılmış kartof dadı verir hətta onların müalicəvi əhəmiyyəti də vardır.

bizzarefood05 10 необычных продуктов питания

Divan yastıqlarının doldurucusu

31 yaşlı Florida sakini Adel Edvars artıq 20 ildir ki, divan yastıqlarının doldurucusuyla qidalanır. O, 10 yaşındaykən valideynlərinin boşanması onda belə bir pozğunluq halının yaranmasına səbəb olmuşdur. Fikrini yayındırmaq və sakitləşmək üçün o əvvəlcə yastıqları çeynəyərdi lakin vəziyyət tədricən pisləşməyə doğru getdi. Illər keçdikcə bu vərdiş ondan yan keçmədi və Adel üçün ən yaxşı sakitəşdirici vasitə kimi yastıqların içərisinə doldurulan hissəciklər hesab olunur. Belə bir “antidepressant”-a üz tutan Adel bir il ərzində 7 divan və 3 yastıq yeyir.

bizzarefood06 10 необычных продуктов питания

Kremasiyadan sonrakı kül

66 yaşlı Keysi əri astma tutmasından vəfat etdikdən sonra dul qalmışdır. Keysi heç cürə ondan ayrılmaq istəmirdi və nəticədə də onun külünü özü ilə hər yerə aparmağa başladı. Bir gün hansısa səbədən kül onun əlinə yayıldı. Qadın əlini silkələyib təmizləməyə cürət tapmadı və əlindəki külü yalayaraq təmizlədi. Bu hadisədə onda ciddi pozğunluğun başlanğıcını qoydu. Bu gün Keysi əmin edir ki, 450 qrama yaxın kül yeyib.

bizzarefood07 10 необычных продуктов питания

Sabun

Al-əlvan, xoş ətirli, köpüklü sabun kifayət qədər uşaqlarda nöqsanlara yol verməyinə gətirib çıxardır. Yəqin ki, çoxlarımız uşaqlıqda ətirli, parlaq sabun tikələrini dişimizə vurmaqdan boyun qaçırmamışıq. Demək olar uşaqların əksəriyyəti sabunun dadına ilk baxdığı gündən anlayır ki, görkəmi dadından kifayət qədər yaxşıdır. Lakin elə insanlar var ki, sabun dadı onların nəinki xoşuna gəlir hətta vərdiş halını alaraq bütün ömürləri boyu dadmaqdan boyun qaçırmır. Məsələn, Tempest Henderson həftəyə 5 sabun tikəsi yeyir və heç bir terapiya yüksək toksinli “şirniyyatdan” can qurtarmasına yardım edə bilmir.

bizzarefood08 10 необычных продуктов питания

Sidik

Sidiyin istifadəsi o qədər geniş yayılmış xüsusiyyətdir ki, hətta ondan qeyri-ənənəvi tibbdə də istifadə olunur. Ondan içki, yuyunmaq üçün də istifadə edənlər də var. Ənənəvi tibb sidikdən yalnız ekstrim hallarında xaricə istifadə etməyi tövsiyyə edir. Məsələn, dezinfeksiyaedici vasitə kimi yanıq və ya yara yerləri üçün. Lakin “donor”-un tam sağlam olduğu halda onun sidiyindən istifadə etmək olar. Sidiyi içməyi isə hətta susuzluq halında da icazə verilmir çünki çoxlu miqdara duz və toksinlərdən ibarətdir. Ancaq urinoterapiya həvəskarlarının qarşısını bu da heç almır.

bizzarefood09 10 необычных продуктов питания

Döş südü

Əlbəttə, döş südü təbiətin özü tərəfindən yaradılmış ideal qida növü kimi sağlam orqanizm onsuz keçinə bilməz. London sakini Tim Braun hələdə döş südündən istifadə edir. Bu zəngin qida növünü ona qızı təqdim edir. Iş ondadır ki, Tim bağırsaq xərçəngindən əziyyət çəkir və döş südü onun bu vəziyyətini yüngülləşdirəcəyini öyrəndikdə ailəsi bu vasitədən istifadə etməyə qərar verib.

bizzarefood10 10 необычных продуктов питания

Cəmalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm