Qadın aparıcı geyiminə görə canlı efirdə döyüldü
Bizi izləyin

Bilgi.az

Qadın aparıcı geyiminə görə canlı efirdə döyüldü

24 yaşlı Akil Malik canlı yayımda teleaparıcını döyüb. Hadisə Hindistanın məşhur şəhərlərindən olan Mumbayda baş verib.

Publika.az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Akil Malik adlı tamaşaçı "Raw Star" adlı musiqili şouda aparıcılıq edən Qauraxar Xanın açıq-saçıq geyindiyinə görə özünü təhqir olunmuş hesab edib. Elə bu səbəbdən də o, canlı efirdə qəfil yerindən durub və teleaparıcının üzünə sillə vurub.

Mumbay polisi isə "Müsəlman qadın bu cür açıq-saçıq, ehtiraslandırıcı, gödək geyimlər geyinməməlidir" deyə Akil Malikin hərəkətlərini şərh edib.

Qeyd edək ki, aparıcını vurmuş tamaşaçı təcavüzdə şübhəli bilinərək həbs olunub.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm