İş adamı kəndlilərinə villa tikdi - FOTO
Bizi izləyin

Bilgi.az

İş adamı kəndlilərinə villa tikdi - FOTO

Çinli biznesmen Syun Şuixua doğulduğu kənddəki hər bir ailə üçün dəbdəbəli villa tikdirib.

Publika.az xəbər verir ki, kənddəki bütün taxta evlər uçurularaq yerində səliqəli evlər ucaldılıb, asfalt yollar çəkilib. Bundan başqa, biznesmen qocaların və aztəminatlı ailələrin gündə üç dəfə pulsuz yeməklə təmin olunmasına da göstəriş verib.

Yeni kənd Syun Şuixuaya 6 milyon dollardan baha başa gəlib. Amma o, bu xərcləri bir o qədər əhəmiyyətli saymır və sakinlərə gələcəkdə də əlindən gələn köməyi göstərəcəyini bildirir.

Milyonçu bununla yoxsul olduğu zaman kiçik yaşlarında onunla mehriban davranmış sakinlərə minnətdarlığını bildirdiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm