Qadının üstünə meteorit düşüb - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadının üstünə meteorit düşüb - FOTOLAR

Amerikalı Enn Hocesin üstünə meteorit düşməsi qadını dünyada məşhur edib. Hadisə 60 il bundan qabaq, Enn evdə divanda dincələrkən baş verib. Qəfildən düşən meteorit evin damını dağıdaraq düz qadının üstünə düşüb. Bu hadisə Sulakoqa (sonra isə adını dəyişərək Hoces qoydular) meteoritin ilk dəfə olaraq insanın üstünə düşməsi kimi tarixə düşdü.

Enn Hocens ağır yanıq yarası almaqla dünyada şöhrət qazandı. 1954-cü ildə Yer kürəsinə axan meteorit səmada 3 hissəyə parçalanıb və parçalardan biri qadının sol bədən nahiyəsinə dəyib. Bu vaxta qədər nə Enndən əvvəl, nə də sonra heç vaxt meteorit insanın üzərinə düşməyib.

Qadını yaralayan meteorit isə Alabama ştatında muzeyə qoyulub. Meteorit düşməsi və qadının məşhurlaşmasından sonra əri ondan boşanıb. Özü isə 1972-ci ildə 50 yaşında səhhəti pisləşərək vəfat edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm