Dişi aslana atalıq edən oğlan - FOTO/ VİDEO
Bizi izləyin

Bilgi.az

Dişi aslana atalıq edən oğlan - FOTO/ VİDEO

Valentin Qryuner adlı alman gəncin uşaqlıqdan pişiklərdən xoşu gəlirdi. Yeniyetmə vaxtlarında da küçədə qalan, yaralanan, yaxud ac heyvanları bəsləyər, kömək edərdi.

Onun diğər hobbisi isə səyahət idi. Universiteti bitirdikdən sonra Valentin ixtisası üzrə işləmək üçün Kanadaya getdi. Neft buruqlarında işlədi. Lakin zaman keçdikcə uşaqlıq arzularının dalınca getməyə qərar verdi. Vəhşi təbiət onu maqnit kimi çəkirdi.

Valentin Afrikaya köçdü. Burada özü kimi təbiət vurğunu olan daniyalı Mikel Leqartla tanış oldu.

Bir yerdə onlar Afrikada vəhşi heyvanların qorunmasına xidmət edən "Modisa" (Modisa Wildlife Project) adlı təşkilat yaratdılar.

Bir gün Valentin və Mikel savannada erkək şirin, 3 balası olan dişi aslana hücum etdiyini gördülər. Erkək şir bala aslanlardan ikisini parçalayıb öldürdü. Üçüncü balanı öldürməyə gənclər imkan vermədi.

Onlar bala aslanı himayələrinə götürərək bəslədilər. Ona Sirqa adı verdilər.

Sirqa həyatı boyunca yalnız bu iki nəfəri gördü. Valentin onu insanlara alışmaması üçün başqa adamlarla kontakta girməsini istəmədi. Böyüdükdə savannaya apardı. Başqa şirlər kimi antilop ovuna çıxmasına şərait yaratdı.

Odur ki, insanların əhatəsində böyüməsinə baxmayaraq, Sirqa vəhşi təbiətdə ovlama qabiliyyətini itirmədi.

Hazırda Valentin Sirqanı savannaya buraxıb. Lakin ara-sıra Sirqa onun yanına gəlir. Dişi aslan Valentini hər dəfə görəndə üzərinə atılaraq iynəyir, öz sevgisini ifadə edir.

Publika.az-ın təqdim etdiyi videoya baxaraq özününüz bunun şahidi ola bilərsiniz.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm