Tələbələri cəlb etmək üçün erotik rəqqasələr
Bizi izləyin

Bilgi.az

Tələbələri cəlb etmək üçün erotik rəqqasələr

Floridanın kommersiya kolleci gənc insanları müəssisəyə cəlb etmək üçün qəbul komissiyasına striptiz rəqqaslarını işə götürüb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, 2009-2012-ci illərdə fəaliyyət göstərmiş "FastTrain" kolleci Florida ştat prokurorluğunu da maraqlandırıb.

Tələbələrə pulsuz təhsil verən təhsil müəssisəsi dövlətdən maliyyə yardımı almaq üçün qeyri-adi bir yola əl atmalı olub. Kollec rəhbərliyi qəbul şöbəsinə yaraşıqlı striptizçiləri işə götürməklə yanaşı, məktəb attestatı olmayan tələbələrə saxta sənədlər də verib. ABŞ qanunlarına görə, orta məktəbi bitirməyən ölkə vətəndaşı təqaüd qazana bilməz.

Kollec iş fəaliyyəti dövründə dövlət fondundan 35 milyon dollar alıb. İndi isə ABŞ hökuməti dəymiş ziyanı ödəməyi tələb edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm