Bilgi.az
Qazı açdılar, yerinə su gəldi (YENİLƏNİB) - VİDEO
Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsindəki mənzillərə qaz əvəzinə su gəlməsilə bağlı problem artıq həll olunub.
Bu barədə Publika.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbalayev bildirib.
"Problem artıq həll olundu. Hadisəyə X. R. Ulutürk küçəsində yaşayan sakinlərədən birinin evində işləyən ustaların səhvən qaz xəttini su xətti ilə birləşdirməsi, yəni ustaların səhlənkarlığı səbəb olub. Sonra əraziyə Nərimanov Rayon Qaz İstismar Sahəsinin əməkdaşları cəlb olunub".
Hadisə ilə bağlı quruma heç bir ziyan dəymədiyini deyən "Azəriqaz" rəsmisinin sözlərinə görə, qurum hər bir şəxsin evinə nəzarət edə bilmir, sakinlər özləri bu məsələdə ayıq olmalıdırlar.
"Hadisə ilə bağlı heç kim cəzalandırılmayıb. Biz onlara nə cəza verək? Ev sahibi də deyəcək ki, usta edib", - İ. Kərbalayev bildirdi.
Gülnar Əliyeva
09:33
Təsəvvür edin, qaz kranını açırsınız və ordan su axır. Bu mənzərəyə paytaxtda bir neçə mənzildə rast gəlinib.
Publika.az-ın ans-ə istinadən verdiyi məlumata görə, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində yaşayan qonşular bu gün sürprizlə qarşılaşıblar. Qazı açanda gözlərinə inanmayıblar. Qaz yerinə su axıb.
Camalovlar ailəsi deyir ki, bu halla birinci dəfədir ki, qarşılaşırlar. Dəfələrlə qazı açıb yenidən bağlasalar da, yenə eyni vəziyyətlə üzləşiblər. Vəziyyətin belə olduğunu görən qonşular müvafiq qurumlara müraciət ediblər.
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...