Bilgi.az
Facebook-dan sərxoş fotolara qadağa
Facebook, istifadəçilərin sərxoş vəziyyətdə çəkdirdiyi şəkilləri paylaşmasının qarşısını alacaq proqram üzərində işləyir.
Publika.az-ın məlumatına görə, şəkil tanıma və süni intellektin köməyi vasitəsilə proqram, sərxoş vəziyyətdə çəkilmiş selfiləri müəyyən edə biləcək. Gözlənildiyi kimi, sistem özünün içkili vəziyyətdə olan şəklini bütün dünya ilə paylaşmaq istəyən istifadəçidən soruşacaq: "Siz həqiqətənmi istəyirsiz ki, bu şəkli sizin müdiriniz və ananız görsün?"
Bu barədə Facebook-un Süni İntellekt Laboratoriyasının rəhbəri Jan Lek bildirib.
Wired jurnalina müsahibəsində o deyib ki, "ağıllı" köməkçi proqram yaratmaq niyyətindədir. Onun sözlərinə görə, gələcəkdə bu proqram vasitəsilə digər istifadəçilərin sizin şəklinizi xəbəriniz olmadan paylaşmasını da müəyyən etmək mümkün olacaq.
Facebook artıq istifadəçilərin şəkilləri düzgün adlandırması üçün üz tanıma funksiyasından istifadə edir.
Gələcəyin köməkçisi
Facebook son zamanlar süni zəkaya malik proqramdan daha çox istifadə etməyə başlayıb.
Növbəti addım isə, yazılan statuslarda uyğun həştəqlərin avtomatik müəyyən edilməsi üçün mətnin təhlili olacaq.
Facebook laboratoriyasının rəhbəri həmçinin bildirib ki, gələcəkdə bu cür proqram dostlarınızla münasibətinizdə vasitəçi rolunu oynaya bilər. Bu yeniliyin ciddi narahatlıq doğuracağı da gözlənilir. Bir çox istifadəçi hesab edir ki, bu cür proqramlar bir seçim kimi təqdim edilə bilər və sosial şəbəkə istifadəçilərinə məcbur edilməməlidir.
İndi bir çox böyük şirkət də süni intellektdən istifadə imkanlarını nəzərdən keçirir. Google bu məsələ ilə məşğul olan laboratoriyaya malikdir.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü