Bilgi.az
Quşlar niyə " V " formasında uçur ? (Video)
Sürücülərin çoxu yük avtomobillərinin arxasınca getməyin benzinə
qənaət etdiyini bilir. Çünki yük avtomobilləri ətrafındakı havanı
kənara itələyərək arxasında vakuum yaradır. Beləliklə, arxadakı
maşın daha az müqavimətlə üzləşir.
Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Londonda
yerləşən Kral Baytarlıq Kollecindən araşdırmaçı Stiven Portuqala
görə quşlar bunu insanlardan əvvəl bilirdilər.
İbis quşlarının qatarından istifadə edərək Stiven və onun komandası
quşların qanadlarının hərəkətini izləmək üçün hər bir quşun
arxasına GPS naviqasiya cihazı və akselerometr bağlayıb. Əldə
olunan qeydlər göstərir ki, hər bir quş önündəki quşun qanadlarının
ucuyla yaratdığı üzüyuxarı hava axınınından yararlanır.
Stiven Portuqala: Alimlər təxmin edirlər ki, quşlar V hərfi
formasında uçmaqdan yararlanırlar, ancaq əvvəllər heç kim bu
mexanizmi başa düşmürdü.
Avstryanın Vahlderrap qrupunun və cihazların köməyi ilə britanyalı
alimlər quşların İtaliyaya köçməsini izləyiblər.
GPS cihazları çox dəqiqliklə qatarda olan hər bir quşun sürətini və
yerli vaxtı qeyd edib. Akselerometr isə hər bir quşun qanadlarına
sərf etdikləri gücü və tezliyini qeydə alıb. Və beləliklə alimlər
quşların hərəkətini kompüterdə canlandırıb.
Kral Baytarlıq Kollecinin professoru Cim Aşervud deyir ki, onlar
hər bir quşun önündəki quşun hərəkətinə necə dəqiqliklə cavab
verdiyinə heyrətləniblər.
Cim Aşervud: Əgər özünüzü hava axınına istiqamətləndirsəniz , siz
bundan faydalana bilərsiz.
Alimlər indi köç vaxtı quşların hansı quşun qatarın başında
getməsinə necə qərar verdiklərini araşdırmağı planlaşdırırlar.
İsmayıl
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO