Bilgi.az
Tibbin qorxunc tarixi - FOTOFAKT
Tibb elminin yarandığı ilk illərdə müalicə üsulları əsasən xəstələrə çox ağrı verirdi. Buna səbəb xəstəliklər barədə məlumatların az və müalicə üsullarının ibtidai olması idi.
Hazırda həmin üsullar və alətlər tibb muzeylərində nümayiş edilir.
Publika.az xarici mətbuata istinadən həmin üsulları və alətləri təqdim edir.
Bu şəkildə D vitamini əskikliyi olan rəxit uşaqlar müalicə edilir. Keçmişdə bu xəstəlik solaryum avadanlığı ilə müalicə edilirdi. Yetim və ya sığınacaq axtaran uşaqlar bu sınaq üçün istifadə edilirmiş.
1884-cü il elektrik cihazı ilə nevroloji müayinə aparılırdı
İnanmaq çətin olsa da, sadə plastik əməliyyatlar keçmiş zamanlarda da istifadə edilib. Bu şəkildəki qorxunc maskalar yaraların gizlədilməsi üçün istifadə edilib.
Fransada radiologiya üzrə tibb bacısı. 1918-ci il Birinci Dünya müharibəsi zamanı
1800-cü ildə bu qorxunc görünüşə sahib həkimlər vəba xəstəliyini müalicə edirdilər. O vaxtlar xəstəliyin nəfəs yolu ilə yayıldığını düşünən həkimlər içi çiçəklərlə dolu buruna sahib maskalar geyinirdilər. Bu həkimlər xəstələri qamçılamaq yolu ilə müalicə edirdilər. Çünki onlar vəbanın Allahın cəzası olaraq başa düşürdülər. Müalicə müddətində qanın təmizlənməsi üçün zəlidən istifadə edirdilər.
On doqquzuncu əsrdə Çinlilər əməliyyat zamanı bu bıçaqlardan istifadə edirdilər.
1800-cü illərdə doğum zamanı bu stoldan istifadə edirdilər.
Cərrah mişarı- keçmişdə baş ağrısını sağaltmaq üçün həkimlər bu mişar ilə onun başında dəlik açırdılar.
Tibdə sümüklərin kəsilməsi üçün istifadə edilən mişar
On yeddinci əsrdə zəhər şkafı. Öldürücü zəhərlər ələ keçməsin deyə qalın bir kitabın içi oyularaq balaca şkaf halına gətirilir, orada saxlanılırdı.
Ayaq baş barmağı protezi. Görüntüsü belə insanı qorxuya salır.
1955-ci ildə Dr.Salk peyvəndi tapana qədər iflicli uşaqlara fotoşəkildəki müalicə üsulu tətbiq edilirdi. Uşaq iflicinə səbəb olan virus bəzi xəstələrdə beyinə yerləşir, buradakı tənəffüs mərkəzini iflic edir və xəstə nəfəs ala bilmirdi. Buna mane olmaq üçün çörək sobasına mexaniki ağciyər yerləşdirirdilər. Bu da uşaqların nəfəs alıb-verməsinə kömək edirdi. Maşında aylarla yaşayan uşaqların hamısı ölmüşdü.
Həkimlərin qadınlara toxunması qadağan edilən zaman onların nədən şikayət etdiyini bilmək üçün bu maketdən istifadə edirdilər.
Alman amputasiya bıçağı. On səkkizinci əsrdə istifadə edilən bu bıçaqdan dizi altından kəsmək üçün istifadə edilirdi. Anesteziya olmadan istifadə edilən bu üsulla bir neçə dəqiqədə əməliyyat başa çatsa da, xəstə üçün bir neçə saat kimi görünürdü.
Gülxar
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO