“Sevginin düsturunu öyrənmək istərdim...” - BEŞMƏRTƏBƏ
Bizi izləyin

Bilgi.az

“Sevginin düsturunu öyrənmək istərdim...” - BEŞMƏRTƏBƏ

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Hə. Hər gün ən azı 10 yeni fikir, planla yuxudan durub, 15 yenisini fikirləşə-fikirləşə yatıram...

2. Çevrənizi...

- Hə. Təsadüfi, sadəcə məndən faydalanmağa çalışan adamlar çoxdur ətrafımda...

3. Adınızı...

- Yox. Adıma öyrəşmişəm.

4. Yaşınızı...

- Yox. Ancaq psixoloji yaşım həmişə bioloji yaşımı ən azı 5-10 il üstələyib.

5. Bədəninizi...

- Hə... Arıqlamaq pis olmazdı.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Yox. Mən materialistəm, gözümlə görmədiklərimin mövcudluğuna inanmıram.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox. Açığı, deyəsən olmayıb axı ilk sevgim...Sevməyi bacarmadım heç...

3. Məhəmməd Füzuli ilə...

- Hə. Onun bu qədər hərarətlə vəsf etdiyi sevginin düsturunu öyrənmək üçün...

4. Vanqa nənə ilə...

- Yox. Keçmişimi onsuz da bilirəm, gələcəyimin konturlarını isə özüm cızmaq istəyirəm.

5. İlk insan olan Adəmlə...

- Yox. Həvva məndən əvvəl artıq yoldan çıxarıb onu...

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Hə!!! 20 qəpiklik süd dadan dondurmalar, monpansye şüşə konfetlər, sürmək üçün növbəyə durduğumuz velosipedlər, “Gecəniz xeyrə qalsın, körpələr” – verilişi, açıq qoyaraq qorxmadan yatdığımız qapılar və indio ən böyük defisitə çevrilmiş geniş ürəklər üçün darıxıram çox...

2. Uzaq bir yer üçün...

- Hə. Telefonsuz, istənilən kommunikasiyasız, hələ də qarlı uzaq-uzaq yerlər arzusundayam...

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Hə. Nənəm, onun müdrik məsləhətlərindən ötrü yaman darıxıram.

4. Gələcəyi gözləməkdən...

- Yox. Gələcək onsuz da gələcək.

5. Bəzən izahsız...

- Hə. Depressiyada olanda...

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Hə. Oxumaq, oxumaq və yenə də oxumağa elə vərdiş ediblər ki, bizi.

2. Hər səhər qəzet...

- Yox. Çünki qəzetlərin on-line versiyasını oxuyuram.

3. Elektron material...

- Hə. Həyat özü sanki elektronlaşıb, avtomatlaşıb, virtuallaşıb.

4. Mahnı...

- Hə. Ayda-ildə bir dəfə karaokedə.

5. İnsanları üzündən...

- Yox... İnsanlar zombiləşib...

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

- Yox. Sevgi özü də nisbidir.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox. Nisbilikləri absurd sayıram...

3. Allaha...

- Yeganə sualdır ki, nə hə, nə də yox cavabını verəcəyimi bilmirəm və acizəm bu seçim qarşısında...(kim bilir, bəlkə də bu sualın predmeti qarşısında)

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox. Uşaq deyiləm ki...

5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...

- Yox!.Saxtalıqlar və saxta münasibətlər o qədər çoxalıb ki...

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm