Beş kilometrlik qızıl zəncir hazırlandı
Bizi izləyin

Bilgi.az

Beş kilometrlik qızıl zəncir hazırlandı

Dubayda uzunluğu 5, 52 kilometrlik qızıl zəncir hazırlanıb. Zinət əşyası tezliklə Ginnesin Rekordlar Kitabına da daxil olacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, zəncirin ağırlığı 256 kiloqramdır. Onun qiyməti isə 6 milyon dolları keçir. Zinət əşyasının hazırlanmasında 45 gün ərzində 100-dən çox insan çalışıb. Zəncir hazırlanarkən dəfələrlə qırılıb.

Zinət əşyası Dubayda fevralın 1-dək davam edəcək ticarət festivalına görə hazırlanıb.

Zinət əşyasını hissələrlə almaq mümkündür. Belə ki, onun hər hissəsində 5 kiloqramlıq qızıl zəncirə məxsus olduğunu sübut edən kod həkk olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm