Maneken qızlara “yox” dedilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Maneken qızlara “yox” dedilər - FOTOLAR

Çinin Şanxay şəhərində yerləşən avtosalonda aprel ayında keçiriləcək nümayişin təşkilatçıları model qızların xidmətindən imtina edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin yanında duran maneken qızlar ziyarətçilərin diqqətini yayındırdığı üçün onların xidməti "yararsız" hesab olunub. Yeni avtomobillərin təqdim olunacağı avtosalon rəhbərliyi bildirib ki, məhz cazibədar manekenlərin ucbatından müştərilər yeni modellərlə tanış ola bilmir.

Avtomobil industriyası bu qərarına görə manekenlərin avtosalonda xidmət göstərməsinə israr edən hakimiyyət üzvləri ilə üz-üzə gəlib. Qeyd edək ki, Şanxay Beynəlxalq Avtosalonu aprelin 22-29-da keçiriləcək. Hər il Şanxay avtosalonunu 800 mindən çox insan ziyarət edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm