Oğru müəllimin etirafı: “Bankı incəsənət naminə yardım” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Oğru müəllimin etirafı: “Bankı incəsənət naminə yardım” – FOTOLAR

Massaçusets universitetinin keçmiş professoru 61 yaşlı Cozef Gibbons Nyu-York şəhərində yerləşən banklardan birini yarıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, professor bank yararaq öz hərəkətini videoya da çəkib. O, cinayəti "incəsənət naminə" törətdiyini deyib.

O da qeyd olunur ki, Gibbons film çəkməklə məşğuldur. O, çəkilmiş videodan növbəti film layihəsi üçün istifadə edəcək.

Polis bölməsindən verilən məlumatda bildirilir ki, Gibbons silahla banka daxil olaraq min dollar tələb edib. Bank yardıqdan sonra keçmiş müəllim dostlarını ətrafına yığaraq törətdiyi əməli onlara danışıb. İnformasiyanı da onlardan biri polisə çatdırıb.

Maraqlısı odur ki, Gibbons banka tək daxil olmayıb. Onun yanında olan yoldaşı bank yarma hadisəsini anbaan lentə alıb. Gibbonsun sözlərinə görə, o, bankı cinayət məqsədi ilə yox, "incəsənət naminə" yarıb.

Cozef Gibbons bank qarətinə görə ittiham olunub. Aprelin 14-də məhkəmə onun işinə baxacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm