Dünyanın ən yaşlı anası: o, 70 yaşında dünyaya övlad gətirib – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən yaşlı anası: o, 70 yaşında dünyaya övlad gətirib – FOTOLAR

Şimali Hindistanın Pradeş ştatından olan Omkari Sinx 2008-ci ildə dünyaya əkiz uşaqlar gətirməsi ilə mətbuatın diqqətini cəlb etdi. Məsələ ondadır ki, Omkari ana olarkən onun 70 yaşı olub. İndi isə 76 yaşlı Omkari dünyanın ən qocaman anası hesab olunur.

Publika.az xarici mətbuata istiadən məlumat verir ki, Omkari 70 yaşında Akaşvani və Barsaat adlı əkiz oğlanlarını dünyaya gətirib. Lakin Barsaatın 4 yaşı olarkən faciəvi şəkildə həlak olub. Xoşbəxtlikdən, Akaşani sağ qala bilib.

Omkarivə 89 yaşlı əri Çaran övlad sahib olduqları üçün özlərini xoşbəxt sayırlar. Lakin onların bu yaşda valideyn olmaları sosial şəbəkələrdə çox tənqid edilib. Omkari deyib: "Bir çox adamlar mənə yaxınlaşıb soruşur ki, bu, sənin nəvəndir? Deyirəm, xeyr, oğlumdur. Xoşbəxtəm ki, 6 yaşlı oğula sahibəm. Bu, izaholumaz hissdir".

Akaşvani enerjili uşaq olduğu üçün yaşlı anası hər dəfə onun dalınca qaçmalı olur. Omkari deyib: "Mən onu çimizdirə bilmirəm. Onu geyindirən zaman da problemlərlə üzləşirəm. Onun dalınca qaçıb yedizdirməkdə də çətinlik çəkirəm. Qocalıq bax budur".

Omkari və əri Çaranın 2 böyük qızı və nəvələri də var. Onların ən böyüyünün 50 yaşı var. Cütlük həmişə oğlan övladına sahib olmaq istədiyindən bu yaşda valideyn olduğuna görə utanmır. Onlar bütün varidatını Akaşvaniyə vəsiyyət edib.

Omkari oğlunun toyuna kimi sağ qalmaq istəyir. O deyib: "Hər halda, ölsəm belə, qızım oğluma baxacaq. İstərdim ki, oğlum tez evlənsin və biz onun toyunu görə bilək".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm