Bilgi.az
Gözəlin tacını alıb yerə çırpdı – FOTOLAR+VİDEO
Braziliyanın "Miss Amazonas" gözəllik yarışında iştirakçılar maraqlı bir hadisə ilə qarşılaşıblar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gözəllik yarışının iştirakçısı Şeyslane Hayalla birinci yerə layiq görülən rəqibi Kerol Toledonun tacını başından dartıb çıxardaraq, səhnəyə tullayıb. Hayalla sonradan hərəkətinə bəraət qazandıraraq, bunu rəqibi Toledonun "mükafatı pulla aldığına" görə etdiyini deyib.
Videonu isə tamaşaçılar kameraya çəkdikdən sonra internetdə yerləşdiriblər. Kadrdan da görünür ki, qalibin adı açıqlandıqdan sonra ikinci yerə çıxan Hayalla rəqibini qucaqlayıb təbrik edib, sonra isə onun üstünə atılaraq, tacını başından qoparıb səhnəyə tullayıb.
Hayalla deyib: "Kiməsə xəsarət yetirdiyim üçün üzr istəyirəm. Lakin mən ürəyimin səsini dinləyib bu hərəkətə əl atmalı oldum".
Qeyd edək ki, Şeyslane Hayalla 2014-cü ildə Bakıda keçirilən "Miss Globe International" gözəllik müsabiqəsində Braziliyanı təmsil edərək ikinci yerə çıxıb.
Nura
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...