Hamama pul ödəyə bilmədi, nəvəsini girov qoydu – ŞOK OLAY
Bizi izləyin

Bilgi.az

Hamama pul ödəyə bilmədi, nəvəsini girov qoydu – ŞOK OLAY

Çində yaşayan 6 yaşlı qızcığaz Siyao babası tərəfindən hamamda girov qoyulub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Yunnan əyalətində yaşayan Siyao və babası çimmək üçün hamama gediblər. Hamam xidmətlərindən istifadə etdikdən sonra yaşlı kişi pul kisəsini evdə unutduğunu deyib. Pul kisəsinin ardınca gedən kişi nəvəsini hamam işçilərinin yanında qoyub. Kişidən artıq bir aydır ki, xəbər yoxdur. Altı yaşlı qızcığaz isə bu müddət ərzində hamamda yaşayır.

Hamamın meneceri deyib: "Kişi nəvəsini bizim yanımızda qoymaqla pulu götürmək üçün evə getdi. Və o gündən etibarən qızın babası geri qayıtmayıb".

Hamam işçiləri kişinin qayıtmadığını gördükdə, qızcığaza özləri qulluq etməyə başlayıblar.

Siyaoya hamamın nəzdində rahat yer hazırlanıb. Babanı tapmaq üçün bu barədə xəbərlər yerli mətbuatda işıqlandırılıb. Lakin kişi indiyədək peyda olmayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm