“Qremmi” mükafatçılarının adları bəlli oldu – FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Qremmi” mükafatçılarının adları bəlli oldu – FOTOLAR

Los-Ancelesdə ABŞ Milli Səsyazma Akademiyasının növbəti mükafatlandırma mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı Beyons "Qremmi"nin ən yaxşı mahnı və ən yaxşı çıxış nominasiyasına görə iki mükafatla təltif edilib. O hər iki mükafatı "Drunk in Love" mahnısına görə alıb.

İlin albomu nominasiyasına isə Bek Hansen "Morning Phase" diskinə görə alıb. Farrel Uilyams ən yaxşı pop-çıxış nominasiyasını "Happy" mahnısına görə qazanıb. "Qremmi" mükafatının ən yaxşı rep-vokal çıxışı nominasiyasında Eminem qalib gəlib.

İlin ən yaxşı artisti və ilin yazısı nominasiyasına layiq görülən britaniyalı gənc ifaçı Sem Smitə mükafatın birini Enrike İqlesias təqdim edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm