Ölümdən sonra həyat varmı? – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ölümdən sonra həyat varmı? – FOTOLAR

Deyirlər, ölüm son deyil. Hind fəlsəfəsinə görə, insanlar öldükdən sonra reinkarnasiya olunaraq yaşayır. Lakin bu zaman insan ruhu başqa bədənə keçir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Ohayo ştatından olan 6 yaşlı Lük Rulman da bədənində 12 il bundan əvvəl faciəvi surətdə həlak olan 30 yaşlı qadının ruhunu daşıdığını deyir. Reinkarnasiya olmuş azyaşlı uşaq 1993-cü ildə binada baş verən yanğın zamanı həlak olan Pam adlı qaradərili qadın olduğunu iddia edir və öz keçmişini də xatırladığını deyib.

6 yaşlı uşaq anasına deyib: "Mən Pam idim, sonra isə öldüm. Öldükdən sonra səmaya qalxdım və Allahla qarşılaşdım. O, məni geriyə itələyib, aşağı göndərdi. Ayılanda isə körpə bədənində idim və siz adımı Lük qoydunuz".

Oğlan keçmiş həyatında 30 yaşlı qaradərili qadın olduğunu deyərək, necə öldüyünü də izah edib. Onun anası Erika oğlunun dedikləri əsasında Pamın kim olduğunu tədqiq etməyə başlayıb. O, 1993-cü ildə yanan binadan atılan Pamela Robinsonla bağlı məlumatları tapıb.

Televiziya proqramına çağırılan Lüka yaşı 30-dan çox olan qaradərili qadınların fotosu göstərilib. Onların arasında mərhum Pam da olub. Ondan Pamela Robinsonu göstərmək tələb olunub. Lük yüzlərlə foto arasında Pamı tapıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm