Kaliforniyada müsəlman ailəsini güllələdilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kaliforniyada müsəlman ailəsini güllələdilər - FOTOLAR

Kaliforniyanın şimalında yerləşən Çapel-Hill şəhərində yaşayan müsəlman ailəsi güllələnib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı Kreyq Hiksin açdığı atəş nəticəsində 23 yaşlı Şeddi Barakat, onun 21 yaşlı həyat yoldaşı Yusor Məhəmməd və onun 19 yaşlı bacısı Razan Məhəmməd əbu-Şalla qətlə yetirilib.

Verilən məlumata əsasən, Hiks özü polisə təslim olub. O, birinci dərəcəli ağır cinayətdə ittiham olunur. Qətlin səbəbləri hələ ki məlum deyil.

Ailənin qətlə yetirilməsi yerli müsəlmanların hiddətinə səbəb olub. "İndependent" qəzeti cinayətin "edamla oxşarlıq" təşkil etdiyini yazıb. Hətta bəzi mətbuat orqanları cinayəti Fransanın gündəlik "Charlie Hedbo" satirik jurnalına edilən terror aktı ilə də müqayisə edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm