“Əyripəncəlilər Krallığı” və ayı necə Rusiyanın simvoluna çevrildi?
Bizi izləyin

Bilgi.az

“Əyripəncəlilər Krallığı” və ayı necə Rusiyanın simvoluna çevrildi?

Geopolitikanın şərti faunasında Rusiyanı ayı təmsil edir. Rus nağıllarında da ayı adətən ədalətli hakim rolunda görünür – çünki o, ilkin, ibtidai gücə malikdir.

Elə təbiətdə də rus insanına ən yaxın olan heyvan ayıdır.

Publika.az rus ayısı haqqında maraqlı məlumatları təqdim edir.

Ayı qardaş kimidir

Atdan da, inəkdən də insana yaxın ayıdır. Rus adamı ayı ilə özü arasında daha çox yaxınlıq görür. Başqa sözlə desək, insanlar meşənin əyripəncə sakinini daha doğma sayırlar.

İnsanlarla ayının dostluğu hələ finn-uqor qəbiləsi dövrünə gedib çıxır. O vaxt adamlar ayını meşənin kralı hesab edir və yırtıcı heyvanı mehriban dost kimi təqdim edirlər. Hətta əyripəncə üçün qurbanlar da verilirmiş.

Finn-uqor qəbilə üzvləri ağacları doğramır, yollar salmır, şəhər qurmurdular. Bir sözlə, meşədən sui-istifadə etmirdi. Ruslar peyda olduqdan sonra finn-uqorlarla və ayılar arasında yüngül gərginlik yarandı. İlk rus qəbilələri yerli sakinlər olan ayılara hörmətlə yanaşaraq, onların qədim rus tanrısı Velesanı təcəssüm etdirdiyini düşünürdülər. Pravoslav dinini qəbul etdikdən sonra yerlilərin ayılara münasibəti dəyişdi. Müharibə başlandı. Ayı büt hesab olunduğundan məhv edilməyə başlandı.

Müharibə ayıların məğlubiyyəti ilə bitdi. "Əyripəncəlilər Krallığı" süquta uğradı. Bunun ardınca, ayıların əhliləşdirilməsinə başlanıldı. Ayılar bunu özlərinə təhqir hesab etdilər.

Əhliləşdirilmə

Rus çarlığının şəhər və kəndlərində bir neçə il rəqs edən, fırlanan və hətta dilənçiliklə məşğul olan əhliləşdirilmiş ayılar nümayiş olunurdu. Ayılar Rusiyanın pop-mədəniyyət atrubutuna çevrilmişdi.

Şair, diplomat və səyahətçi, britaniyalı Cils Fletçer rus çarının sarayında ayı gördükdən sonra bu barədə öz xatirələrində qeyd edib:

"Çala və tor tələsi ilə ələ keçirilən vəhşi ayıları qəfəsdə saxlayırlar. Müəyyən olunmuş vaxtlarda insanlar onlara tamaşa üçün məclisə yığışırlar. Orada səhnədə ayı ilə döyüşçü ilə baş-başa buraxılır. Öz sapandı ilə ayını al-qana bulayan döyüşçünü tamaşaçılar uca səslə alqışlayırlar.

Bundan əlavə, ələ öyrəşdirilmiş ayını küçəbəküçə gəzdirib, insanların əylənməsi üçün bir sıra nömrələr göstərirdilər. Ayı rəqs edir, kraliça və qoca qarı kimi geyindirilirdi. Bundan əlavə, ayı balalayka da dınqıldadırdı".

Ayı – hakim

Çar İvanın hakimiyyəti illərində ayılar kef məclislərinə xüsusi yaraşıq verirdilər. İvan Qroznının vaxtından başlanan bu məclislər 500 il davam etdi. Rus ənənələrinə görə, ayı itdən fərqli olaraq, təmiz heyvan hesab olunur. O, insanı bəd nəzərdən qorumaqla yanaşı, günahkarları da cəzalandırırdı. Xalq inanclarına görə, ayı Allahın izni ilə günah işlədən insana hücum edib, onu yeyə bilərdi.

Ayı və kilsə

Ayıların şəhər həyatına "müdaxiləsi" kilsəni narahat edirdi. XVII əsrdə ayılarla bağlı kef məclislərinə son qoyulması barədə qərar çıxarılır. XX əsrdə isə əyripəncəlilər Moskva küçələrindən, demək olar ki, tamamən yoxa çıxır.

Rusların nəyə görə məhz "ayı" adlandırılması məlum deyil. Bunu xarici vətəndaşın Rusiya küçələrində ayıya çox rast gəlməsi ilə əsaslandırmaq olmaz. Məsələn, Hindistanda küçələrdə fillər gəzişir, lakin ingilislər hindliləri "fil" adlandırmırlar.

"Rus ayısı" sözü isə daha sonralar yaranıb. Bu da qədim əfsanə ilə əlaqədardır. Elə hesab olunurdu ki, döyüşdə ayıya qalib gələn insana onun gücü keçir. Bununla da, rus adamı nəinki ayı krallığını fəth edə, hətta ayını da əhliləşdirə bilərdi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm