Dünya xalqlarının qəribə rəqsləri - VİDEO
Bizi izləyin

Bilgi.az

Dünya xalqlarının qəribə rəqsləri - VİDEO

Rəqs insanların öz hisslərini və düşüncələrini ifadə etmək üçün mövcud olan unikal dil hesab olunur. Dünyanın demək olar ki, bütün xalqlarında maraqlı rəqs nümunələri mövcuddur. Bu rəqslər öz fərqlilikləri və ifa çətinlikləri ilə adi insaları şoka sala bilər. Modern.az saytı dünya xalqları arasında mövcud olan 5 ən qəribə rəqsi təqdim edir.

Keçak rəqsi (İndoneziya) - Bu rəqs XX illərin 30-cu illərində tam formalaşıb. Keçak Bali adasında yaranıb və Ramayana eposunda şahzadə Rama ilə şər qüvvələrə xidmət edən Ravananın döyüşünü təsvir edir.


Korrobori (Avstraliya) - Avstraliya aborigenlərinin rəqsi dünyanın yaranışı ilə bağlı mifik süjet və əfsanələrin motivləri əsasında yaranıb.


Ka-mate (Yeni Zelandiya) - Maori xalqının rəqs növü olan Ka-mate, adətən döyüşdən öncə ifa olunur. Bu zaman, adətən sərt mimika və hərbi jestlərlə düşmənin döyüşdən sonra hansı aqibətlə üzləşəcəyi təsvir edilir.


Səma (Türkiyə) - Orta əsrlərdə yaranan sufi rəqsidir. Səma rəqsinin mahiyyəti insanın mənəvi mükəmməlliyə doğru gedən yolda simvolik gəzintisinin təsvirindən ibartədir.



Zulu (Cənubi Afrika Respublikası) - Afrika qitəsinin maraqlı rəqslərindən biri Zulu xalqının öz hərb tarixinə həsr etdiyi döyüş rəqsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm